"Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev

"Meydana 3 xal üçün çıxacağıq"  - Şahin Diniyev
XƏBƏR 17 Noyabr 2017 / 19:45 2100
-  A +

“Bizim üçün çox vacib oyundur. “Səbail” ilə aramızdakı xal fərqini aradan qaldırmaq üçün qələbə qazanmalıyıq. Rəqib yaxşı komandadır. Heyətləri yerli və gəlmə futbolçulardan formalaşıb. Bizə asan olmayacaq. Ən çətin oyunlarımızdan birini keçirəcəyik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 12-ci turunda "Səbail"lə oyun öncəsi klubun saytına deyib.

O, meydana 3 xal üçün çıxacaqlarını bildirib: " Heç vaxt optimal heyətlə oynaya bilməmişik. Çünki həmişə zədəli futbolçularımız olub. Amma qarşıdakı matça nikbin baxa bilərik. Çünki zədəlilərimiz sağalıb. Düzdür, fiziki formaları istənilən səviyyədə deyil. Amma onların sağalması məni sevindirir. Futbolçular komandaya maksimum şəkildə fayda vermək üçün meydançaya çıxacaqlar”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki