Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Xorvatiyadan qələbə, Argentina İslandiya ilə bacarmadı
Almaniya uduzdu, Braziliya xal itirdi
Albaniya millisinin üzvü "Qəbələ"də
Qardaş qardaşı əvəzlədi - mundial tarixində ilk
Onun üçün mundial erkən başa çata bilər
Linklər
525ci Qəzet

“Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
A A A

[17.11.2017]
“Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – <b style="color:red"> Vəli Qasımov</b>

“Neftçi”nin sabiq baş məşqçisi Vəli Qasımov Qol.az saytının suallarını cavablandırıb. O, bir çox maraqlı məqama toxunub.

- “Neftçi”dən ayrıldıqdan sonra nə işlə məşğul olursunuz?

- Hələlik heç nə. Dəvət gözləyirəm, bəlkə kiməsə lazım olam.

- Əvvəlcə U-21-in Avropa çempionatının seçmə mərhələsinin Almaniya və Kosovo ilə oyunlardakı çıxışı haqda fikirlərinizi bilmək istərdim.

- Bu gün əlimizdə hansı futbolçular varsa, onlarla da oynayırıq. Görünür ki, bizim uşaqlar bu cür oyunlara hazır deyillər. Ona görə nəticə verə bilmirlər. Əslində bundan daha böyük problem var. AFFA 10 ildir 1 nəfər futbolçu yetişdirməyib. Günah birinci AFFA-dadır. Artıq dəyişiklik vaxtı çatıb. Gərək, Rövnəq müəllim elə bir dəyişiklik etsin ki, işlər də düzgün getsin. 10 il bundan qabaq Avropanın bəzi ölkələrinə 3-4 futbolçu göndərsəydilər, indi əlimizdə hazır oyunçular olardı. Milyardlarla pul gedib, bir nəfər normal futbolçumuz yoxdur ki, Avropada oynasın. Əsas problemi bunda görürəm. Material olmayandan sonra komandanın başına kimi qoyursansa qoy, xeyiri olmayacaq. Gələcəyi fikirləşmək lazımdır. Bu gün nəticə istəmək düzgün deyil. 3-4 ildən sonra bunu tələb etmək olar. Düzdür, bizdə aşağı yaş qrupları üzrə komandalar var. Amma onlar böyük nəticələr üçün deyillər.

- Siz dediniz ki, Azərbaycanda futbolçu yetişmir. Onda belə çıxır ki, əcnəbi futbolçuların milliləşdirilməsi zərurətdən irəli gəlir?

- Bütün dünyada milliləşdirmə var. Baxırsan, Avstraliyanın futbolçusu serbdir, ya başqa ölkədəndir. Bu, hər yerdə var. Ancaq legioner götürəndə də, çatışmayan mövqe üçün götürməlisən. Sənin harada zəif nöqtən varsa, legioneri də ora gətirməlisən. Əgər yerlilərlə eyni səviyyəlidirsə, nəyə götürürlər ki?

- Samir Ələkbərovun U-21-dən ayrıldıqdan sonra səsləndirdiyi fikirlər geniş rezonans doğurdu. O, saytımıza müsahibəsində bildirib ki, yığmaya futbolçu götürməsi üçün ona çoxlu zənglər olub. Sizin də vaxtınızda sifariş olurdumu?

- Samir Ələkbərov düz deyir. Belə hallar olub. Düzdür, pul söhbəti olmur. Amma bəzi adamlar xahiş edirlər ki, bu futbolçuları götür. Götürməyəndə də problem çıxır. Çox adam qorxur, deyə bilmir. Lakin belə şeylər var.

- “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov isə yığmalarda “lipa” futbolçuların olduğunu iddia edib...

- Yox, məncə “lipa” məsələsi çoxdan bağlanıb. AFFA bununla bağlı hər şeyi fikirləşib. “Lipa” olsa da, çox az ola bilər. Belə də ki, lap 11 nəfər “lipa” futbolçu qoy, yenə xeyiri olmayacaq. Əsas məsələ futbolçunu yetişdirməkdir. Özüm də şahidi olmuşam ki, federasiya yaş saxtalaşdırılması ilə ciddi məşğul olur. Yenə deyirəm, indi varsa da, çox az saydadır. Əvvəllər isə həddindən artıq çox olurdu

- Əsas milliyə Qurban Qurbanovun baş məşqçi təyin olunması qərarını necə qarşıladınız?

- Bu gün milliyə əcnəbi mütəxəssis gətirmək düzgün deyil. Gətirirsən, hamı nəticə istəyir. Həmin məşqçi yaxşı olsa belə, nəticə olmayanda çıxıb gedir. Qurban Qurbanovun təyinatı düzgün qərardır. Azərbaycan çempionatını, bütün futbolçuları yaxşı tanıyır. İndi ondan nəticə istəmək düzgün deyil. Amma düzgün iş görsə, ən əsası, ona işləməyə imkan versələr, gələcəkdə Azərbaycandan yaxşı oyunçular  çıxa bilər.

- Təkcə əsas milli yox, aşağı yaş qrupları da Qurbanovun nəzarəti altında olacaq. Hələlik qeyri-rəsmi də olsa, artıq Qurbanov “təmizlik” işlərinə başlayıb. Özünə lazım olan kadrları yığır. Maraqlıdır, sizə də təklif gəlsə, hansı cavabı verərsiniz?

- Baxır vəziyyətə. Əsas məsələ işləməyə imkan verməkdir. Yarım il işləyirsən, çıxardırlar ki, guya nəticə yoxdur. Bizim futbolun problemi budur. İmkan versələr, işləmək, yaxşı komanda qurmaq olar. Gələcəkdə yaxşı uşaqlar da yetişər. Yoxsa hərə öz fikrini deyəcəksə, lazım deyil. Hamı istəyir ki, Azərbaycan Avropada, dünyada yaxşı nəticələr qazansın. Amma bu gün “Qarabağ”dan başqa heç bir klubdan, yığmadan bunu görmürük. “Qarabağ” da demək olar ki, legionerlərin köməyi ilə yaxşı futbol göstərir.

Elnur SALAHOV

4838 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
07.06.2018  14:15 “Orda mənə özgə malı kimi baxmağa başladılar” – Vaqif Cavadov
05.06.2018  12:05 "Qriqorçuk yerli futbolçulara qənim kəsilmişdi" - Elvin Məmmədov
04.06.2018  13:29 "Zirə" mənə uyğun komanda deyildi" - Elşən Abdullayev
30.05.2018  13:27 “Həmin oyun Kollina qarşısında son imtahanım idi” – Əliyar Ağayev
17.05.2018  14:39 “Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl
10.05.2018  13:47 “Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov
07.05.2018  13:44 “Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov
01.05.2018  16:18 "Turan Tovuz" Premyer Liqaya buraxılsa, çempionata rəng qatar"
25.04.2018  10:50 “55 yaş artıq baba yaşıdır” – Ramin Musayev
24.04.2018  11:55 "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
17.04.2018  16:06 "Rəhbərlik dedi ki, arxandayıq" - Ayxan Abbasov
08.04.2018  23:37 "Əvvəl daha inamsız oynayırdım" – Namiq Ələsgərov
06.04.2018  14:57 “Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
05.04.2018  17:56 "Maaş yubanmasının niyə dramatikləşdirildiyini bilmirəm"
05.04.2018  12:29 "Biz Ruslanla düşmən deyilik" - Riçard Qadze
04.04.2018  15:10 "Sumqayıt"a Avroliqa yaraşır" - Rail Məlikov
03.04.2018  11:58 "Kimdəsə günah axtarmaq lazım deyil" - Anar Nəzirov
02.04.2018  00:00 “Yox, paxıl deyiləm” - Pərdis Fərcad-Azad
30.03.2018  15:45 “Yenidən millidə oynamaq üçün “Qəbələ”ni seçdim” – Rauf Əliyev
24.03.2018  01:31 "Zamana ehtiyacımız var" – Namiq Ələskərov
 
 
  18.06.18
02:10
  İsveç, Belçika və İngiltərənin DÇ-2018-dəki ilk oyunu - Yenilənir
01:58
  “Bu, bizim üçün yaxşı dərsdir” - Tite
01:34
  Kolarova “Lada” hədiyyə edildi
01:09
  Meksikanın qolundan sonra Mexikoda zəlzələ qeydə alınıb - Foto
00:43
  5-ci dəfə dünya çempionatında oynadı
00:27
  Qol vurdu, oyunun ən yaxşısı seçildi
00:15
  Braziliya - İsveçrə - Şəkillər
00:00
  “Bu, karyeramdakı ən yaxşı qoldur” - Almaniya ilə oyunun qəhrəmanı
  17.06.18
23:54
  Almaniya uduzdu, Braziliya xal itirdi
22:48
  Yoahim Löv: “Yaxşı olacaq!”
22:06
  Meksikanın baş məşqçisi tarixi qələbədən danışdı - "Kişi kimi oynadıq"
21:39
  İlk oyunda uduzsa da, finala çıxmışdı – Almaniya 1986-cı ildə
21:26
  Almaniyaya qol vurdu və...
21:07
  Braziliya – İsveçrə - Neymar əsas heyətdə
20:25
  “Mən adam öldürməmişəm” – De Xeadan narazılıq
19:30
  “Qrupdan çıxsaq, bir şüşə araq içəcəyəm”
19:11
  "Neftçi"də yeni müqavilə
18:56
  "Ronaldo məşqçi işinə daha çox qarışır, nəinki Messi" - Rəşad Sadıqov
18:45
  Almaniya - Meksika: start heyətlər açıqlandı
18:26
  "Qarabağ"dan "Çezena"nın futbolçusuna təklif
18:03
  Baqali Dabo "Neftçi"də - rəsmi
17:57
  “Qarabağ” onunla müqaviləni uzatdı
17:47
  Fransanın qələbə qolu Poqbadan alındı
16:36
  "Hansısa yolla Xorvatiyanı məğlub etməliyik" - Messi
15:57
  "Qəbələ"yə borcum var, onu qaytarmağa çalışacağam" - video
15:45
  Misirin qapıçısı mükafatdan imtina etdi – dini baxışına görə
15:16
  Kosta Rika – Serbiya: start heyətlər
14:47
  Azarkeşlər De Xeaya inanmır – DÇ-2018
14:02
  Şuker Xorvatiya hakimiyyətini tənqid etdi – "Bu, biabırçılıqdır"
13:37
  Neymarın yeni imici
13:07
  "Məşqçinin Messi ilə məsləhətləşməsində pis heç nə yoxdur" - Mircavadov
12:33
  DÇ-2018 onun üçün 35-ci dəqiqədə bitdi - qabırğası qırılıb
11:45
  "İslandiya 10 nəfərlə müdafiə olunsa belə, tənqid edilməməlidir" - Mourinyo
10:50
  "Mən də Ronaldo kimi olmaq istərdim" - Kosta
10:31
  "Şehiçin Türkiyədə 5 meneceri var, ona görə transferi gecikir"
10:15
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
09:57
  Braziliyanın ilk oyununa kapitan təyin edildi
09:45
  "Qəbələ" "Barselona"ya uduzdu
09:37
  Mourinyo Messinin oyunundan danışdı – “Penaltini vura bilməməsi...”
09:07
  Maradona qadağanı pozdu – stadionda siqar çəkdi
08:52
  Şmeyhel atasının rekordunu qırdı
01:34
  Xorvatiya - Nigeriya oyunun ən yaxşısı
01:11
  Xorvatiyadan 2 cavabsız qol - Video
00:53
  Xorvatiyadan qələbə, Argentina İslandiya ilə bacarmadı
00:39
  Onun üçün mundial erkən başa çata bilər
00:01
  "Qəbələ"nin ilk rəqibi məlum oldu
  16.06.18
23:28
  "Messinin vurduğu penaltilərə çox baxmışdım" - qapıçı
23:04
  Danimarka belə qalib gəldi - Video
22:45
  Braziliya milisində ciddi itki
22:24
  Xorvatiya - Nigeriya: heyətlər
22:06
  "Messi həmişə qalib gəlmək istəyir” - Xorxe Sampaoli
21:44
  "Penaltini vura bilmədiyim üçün təəssüflənirəm" - Messi
20:37
  Məsut Özil sağaldı
20:02
  Argentina - İslandiya - Video
19:30
  Peru - Danimarka: heyətlər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore