"Atletiko" Özillə danışıqlara başladı

"Atletiko" Özillə danışıqlara başladı
XƏBƏR 17 Noyabr 2017 / 13:10 2783
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan “Atletiko” "Arsenal"ın futbolçusu Məsut Özillə danışıqlara başlayıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, madrid klubu Almaniya millisinin üzvünə illik 10 milyon avro əmək haqqı təklif edib.

Qeyd edək ki, türkəsilli yarımmüdafiəçinin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna görə də "Atletiko" Özili azad agent kimi heyətinə cəlb edə bilər.

Son xəbərlər