Kantona Neymarı tənqid etdi

Kantona Neymarı tənqid etdi
XƏBƏR 17 Noyabr 2017 / 00:54 4903
-  A +

“Mançester Yunayted”in və Fransa yığmasının sabiq üzvü Erik Kantona Neymarı tənqid edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, veteran futbolçu braziliyalı forvardın “Barselona”nı PSJ-yə dəyişməsini anlamadığını bildirib: 

“25 yaşlı biri Braziliya millisinin və “Barselona”nın aparıcı üzvüdürsə, dərhal sual yaranır: o, Fransaya niyə köçüb? “Amyen” və ya “Genqam”a qarşı oynamaq üçün?

Çempionlar Liqası bəhanə ola bilməz. Orda mövsüm ərzində 10 oyun keçirirsən. Neymarın hərəkətini anlamıram. Məncə, futbola qarşı ehtiras belə olmamalıdır”.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord