"Neftçi"nin qış planı məlum oldu

"Neftçi"nin qış planı məlum oldu
XƏBƏR 16 Noyabr 2017 / 21:20 3789
-  A +

"Neftçi" futbol klubunun qış hazırlıq planı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, flaqman Bakıda və Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.

2018-ci il yanvarın əvvəllərində Bakıda bir araya gələcək "ağ-qaralar" bir müddət fiziki hazırlıq üzərində çalışacaqlar. Yanvarın ikinci yarısında isə komanda üzvləri Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. Antalyada texniki-taktiki tapşırıqlar üzərində çalışacaq "Neftçi"nin 5 yoxlama matçı keçirməsi də nəzərdə tutulub. Lakin hələlik toplanışın konkret tarixləri və rəqiblərin adları müəyyənləşməyib.

Qeyd edək ki, hazırda flaqman Topaz Premyer Liqasında 11 oyundan 13 xalla 5-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı