"AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov

"AFFA-dan təklif almamışam" -  Mahmud Qurbanov
ÖLKƏ FUTBOLU 16 Noyabr 2017 / 17:32 4147
-  A +

Əsas yığmamızın məşqçisi Mahmud Qurbanov U-21 millimizi çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

O, Qol.az-a açıqlamasında hazırda məşqçi kursu ilə bağlı Rusiyada olduğunu, AFFA-dan bununla bağlı təklif almadığını deyib:

"Mən Moskvada, SSKA-nın düşərgəsindəyəm. Bu xəbəri də sizdən eşidirəm. Nə AFFA-dan bununla bağlı mənə təklif  olub, nə də özüm soruşmuşam. Sabah Bakıya qayıdacam. Yalnız dəqiqləşdirəndən sonra bir söz deyə bilərəm. İndiki halda isə belə bir şey yoxdur".

Qeyd edək ki, U-21 millimizi çalışdıran Samir Ələkbərov ötən gün vəsifəsindən ayrıldığını açıqlayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı