AFFA onları istefaya göndərdi

AFFA onları istefaya göndərdi
ÖLKƏ FUTBOLU 15 Noyabr 2017 / 16:27 3824
-  A +

Bu gün AFFA-nın baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı