"MY" rekord transferə hazırlaşır - 177 milyon funt sterlinq

"MY" rekord transferə hazırlaşır - 177 milyon funt sterlinq
XƏBƏR 13 Noyabr 2017 / 21:38 7541
-  A +

"Mançester Yunayted" klub tarixinin transfer rekordunu qırmağa hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" "Real"ın hücumçusu Marko Asensionun transferi üçün Madrid klubuna 177 milyon funt sterlinq təklif edəcək. Xəbərdə "MY"nın baş məşqçisi Joze Mourinyonun Asensionu bu keçidə razı saldığı iddia edilib.

21 yaşlı oyunçu İngiltərə klubu ilə 5 illik müqavilə imzalayacağı təqdirdə, ilinə 24 milyon funt sterlinq qazanacağı bildirilib.

Qeyd edək ki, "MY" tarixinin ən bahalı transferi Pol Poqbadır. Klub 2016-cı ildə onun transferi üçün "Yuventus"a 89 milyon funt sterlinq ödəyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı