Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Bugünkü oyunları göstərəcək kanallar – DÇ-2018

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Braziliya, Nigeriya və İsveçrədən ilk qələbə - DÇ-2018
Almaniyadan vacib qələbə, Meksika və Belçikadan növbəti 3 xal
"Qarabağ" Avstriyada ilk oyununu keçirdi
Argentina millisindən 8 futbolçu gedə bilər - Messi, İquain...
"Qarabağ" iki qapıçı ilə danışıq aparır - Yenilənib
Linklər
525ci Qəzet

“Qarabağ”dan çəkinmirik” – Fərhad Vəliyev
A A A

[13.11.2017]
“Qarabağ”dan çəkinmirik” – <b style="color:red"> Fərhad Vəliyev</b>

“Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev Qol.az saytının suallarını cavablandırıb. Topaz Premyer Liqasının 12-ci turunda “Qarabağ”la keçiriləcək oyun ərəfəsində fikirlərini açıqlayan 37 yaşlı qolkiper son qarşılaşmalarda yol verdiyi kobud səhvlərdən də danışıb.

- “Qarabağ”la oyun öncəsi çempionatda yaranmış fasilədən necə yararlanırsınız?

- Fasilədə bir neçə oyunçumuz millinin düşərgəsinə yolllandı. Buna baxmayaraq, digər oyunlara olduğu kimi, “Qarabağ”la matça da komanda şəklində hazırlaşırıq. Çünki “Qarabağ” çempionatın ən güclü komandasıdı. Həmişə onlarla oyunlarımız ağır keçib. Səfərdən ən azı bir xalla dönüb azarkeşlərimizi sevindirmək istəyirik.

- Birinci dövrədəki oyunda “Qarabağ”a 1:4 hesabı  ilə uduzmuşdunuz. Həmin məğlubiyyətdən hansısa nəticəni çıxarmısınız, yoxsa 4:1 hesabı “Qarabağ”la “Sumqayıt”ın səviyyə fərqinin göstəricisidi?

-  Həmin oyunda komandamız pis təsir bağışlamamışdı. Hətta ilk hissədə 1:0 hesabı ilə öndə idik. İkinci hissədə isə bəzi səhvlərimizdən yararlanıb 4:1 önə keçdilər. Yadınızdadırsa, Cavid İmamverdiyev də zədələnmişdi. Buna baxmayaraq, komanda şəklində yaxşı oynamışdıq. Komandada heç kim “Qarabağ”dan çəkinmir. Təcrübəli futbolçu olaraq, onları başa salırıq ki, öz oyunlarını oynasınlar. Hər şey yaxşıya doğru gedəcək.

- “Qarabağ”la “Sumqayıt”ın duelləri həmişə maraqlı alınır. Çünki hər iki komanda sürətli oyuna üstünlük verir. Bu dəfə də baxımlı oyun görə biləcəyik, yoxsa birinci dövrədəki məğlubiyyətə görə bir qədər ehtiyatlı oynayacaqsınız?

- Son iki mövsümdə “Qarabağ”la görüşlərdə oyunu müdafiədən qururuq. Əks-hücumlara üstünlük veririk. Çünki “Qarabağ” topa çox sahib olmağı sevir. Bu dəfə də çalışacağıq ki, müdafiədə rəqibə boşluqlar verməyək. Ən azından qapımızı toxunulmaz saxlamağa çalışacağıq.

- Əvvəlki illərdən fərqli, “Sumqayıt” bu mövsüm həm oyun, həm də turnir cədvəlindəki mövqeyi baxımından daha yaxşı yerdədir. Ancaq adətən bu tip klublarda konkret strategiya olmur ki, müvafiq yer tutub avrokuboklarda iştirak etsin. Hazırkı gedişat komandada o istəyi yaradırmı ki, bəlkə biz də beynəlxalq arenada özümüzü sınayaq?

- Oyunçularla aramızda söhbət edəndə danışırıq ki, komandanın gücü var. Bu il yaxşı yerlərdən birini tutmaq olar. Reallıqdan danışsaq, 1-ci nyer bizim üçün çətin görünür. Çünki “Qarabağ”, “Qəbələ”, “Zirə” kimi klublar var. Ən real namizəd isə “Qarabağ”dır. Çox yaxşı heyəti var. Amma 2-ci, 3-cü yerlər uğrunda digər komandalarla başabaş mübarizə apara bilərik. Oyunlar da bunu göstərir. Belə davam eləsək, avrokuboklara vəsiqə qazana bilərik.

- Baş məşqçi Samir Abasov da tez-tez hiss elətdirir ki, müəyyən hədəfə çatmaq üçün legioner istəyir. Sən necə düşünürsən, komandanı gücləndirmək üçün əcnəbi futbolçulara ehtiyac varmı?

- Mən əvvəlcə klubumuzun rəhbərliyinin bu addımını dəstəkləyirəm ki, yerli futbolçuların oynamağına şərait yaradırlar. Çox düzgün strategiyadı. Sumqayıtda gənc futbolçuların yetişməsi üçün yaxşı imkandı. “Sumqayıt”ın əsas komandasına hər bir gəncin yolu açıqdı. Bütün strategiya bunun üzərində qurulub. Bu, həm Azərbaycan, həm də Sumqayıt futboluna xeyirdi.

- Ardıcıl 2 oyundur ki, kobud səhvlərə yol verirsən. Elə baş məşqçi də oyunsonrası mətbuat konfransında bu məsələyə toxunmuşdu. Bəlkə problem yaşının çox olması ilə bağlıdır?

- Mən belə düşünmürəm. Hələ ki, gücüm var. Oynamaq fikrindəyəm. Hər bir futbolçunun, qapıçının səhvi olur. Əsas odur ki, nəticə çıxardıb, bir də təkrarlamayasan. Dünya futbolunda da, elə yerli çempionatımızda da səhvlər olur. Bunun üstündə çox da dayanmaq düzgün deyil. Səhvi unudub, qabağa baxmaq lazımdı. Çünki səhvdən heç kim sığortalanmayıb. “Neftçi” ilə oyunda səhvim var idi. Belə olmağını istəməzdim. Amma bu cür alındı.

2775 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
24.06.2018  01:09 Xorvatiyalı yarımmüdafiəçi rəsmən "Neftçi"də
23.06.2018  22:38 "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq" - Qurban Qurbanov
23.06.2018  21:57 “Qəbələ” də heç-heçə etdi
23.06.2018  16:33 Maksim "Qarabağ"ın rəqibindən danışdı
23.06.2018  12:55 "Qarabağ”ın güclü heyəti var" – "Olimpiya"nın baş məşqçisi
23.06.2018  10:00 "Qarabağ"ın təklifindən imtina etdi - "Pul mənim üçün hər şey deyil"
22.06.2018  20:26 "Proqres" – "Qəbələ" oyununun yeri və saatı açıqlandı
22.06.2018  16:53 Topaz Premyer Liqada yeni mövsüm nə vaxt başlayır?
22.06.2018  15:17 Azərbaycanlı mütəxəssislər Argentina haqda – “Daxildə anarxiyadır”
22.06.2018  09:47 "Ronaldonun gücü tükənəndə Portuqaliya mundialı tərk edəcək" - Təmkin Xəlilzadə
21.06.2018  14:46 "Neftçi"nin legionerləri bazaya buraxılmadı - qalmaqal
21.06.2018  12:32 "Qarabağ" ötən illə müqayisədə indi daha zəifdir" - Sloveniya mətbuatı
21.06.2018  09:47 “Baltsan”ın “Neftçi”ni udması bizi qorxutmur” – Fuad Bayramov
20.06.2018  17:15 Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri bilindi - "Sevilya" da var
20.06.2018  14:38 “Qəbələ”dən püşkə münasibət
20.06.2018  14:15 Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
20.06.2018  13:16 "Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
20.06.2018  11:39 “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” – "Olimpiya”nın baş məşqçisi
20.06.2018  00:58 “Bu matçlara yaxşı hazırlaşacağıq” - Aqolli
19.06.2018  18:47 Rəşad Sadıqov püşkü dəyərləndirdi
 
 
  24.06.18
14:33
  “Mənim Qrizmannıma toxunmayın!” - Poqba
13:46
  Heyəti məşqçi yox, oyunçular müəyyənləşdirəcək - Nigeriya ilə oyunda
13:12
  "Qarabağ"ın oyunundan Şəkillər
12:49
  Etopazdan bugünkü oyunlara əmsallar
12:20
  Dörd oyuna hakim təyinatları açıqlandı - DÇ-2018
12:07
  "Qəbələ"nin düşərgəsində yeni futbolçu
11:32
  Maradonadan növbəti sərt açıqlamalar
11:25
  "Qarabağ" daha aqressiv idi" - "Ludoqorets"in baş məşqçisi
11:09
  Panamayla oyunu buraxacaq
10:55
  Messinin doğum günüdür
10:40
  Sampaoli istefaya göndərilir? - açıqlama
10:25
  Meksikada qanlı olay – 10-dan çox azarkeş öldürüldü
10:21
  Bugünkü oyunları göstərəcək kanallar – DÇ-2018
10:10
  "Qəbələ" - "Kukesi" - Şəkillər
09:50
  Farfanın son durumu – hələ də xəstəxanadadır
09:43
  Fanatların zibil yığmasını təqdir etdi – “Biz yaponlar...”
08:57
  Löv oyunu trillerə bənzətdi
08:33
  Rudinin burnu qırılıb
08:16
  “Çoxları uduzmağımızı istəyirdi” – Kross danışdı
02:40
  DÇ-2018-də ikinci tur başa çatır - Yenilənir
02:17
  "O an göyün yeddinci qatında idik" - Yoahim Löv
01:46
  "Almanlar düzgün hərəkət etmədi" - İsveç milisinin baş məşqçisi
01:09
  Xorvatiyalı yarımmüdafiəçi rəsmən "Neftçi"də
00:52
  Almaniya İsveçə belə qalib gəldi - Video
00:15
  Almaniya - İsveç matçının ən yaxşı oyunçusu
  23.06.18
23:56
  Almaniyadan vacib qələbə, Meksika və Belçikadan növbəti 3 xal
23:20
  "Futbolçular düz yoldadır" - Sənan Qurbanov
22:38
  "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq" - Qurban Qurbanov
22:07
  Meksikanın qələbəsi - Video
21:57
  “Qəbələ” də heç-heçə etdi
21:40
  Çiçarito oyunun ən yaxşısı seçildi
21:24
  "Qarabağ" Avstriyada ilk oyununu keçirdi
21:18
  Almaniya - İsveç: Özil və Xedira ehtiyatda
20:42
  “Salah hələ də zədədən əziyyət çəkir” – Mane
20:30
  "İngiltərə ilə oyunda heyətdə dəyişiklik edəcəyik" - Roberto Martines
20:00
  Braziliya millisində ciddi itkilər - oyunu buraxacaqlar
19:29
  Maradonadan sonra gələn rekord - Lukakunun dublu...
18:40
  Belçika - Tunis oyununda 7 qol - Video
18:31
  DÇ-2018-in ən məhsuldar oyunu
18:13
  Dubl edib, oyunun ən yaxşısı seçildi
17:58
  Lukaku Ronaldoya çatdı – DÇ-2018
17:31
  Farfan xəstəxanaya yerləşdirildi – huşunu itirib
17:14
  Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video
17:04
  "Səbail"də yeni məşqçilər
16:35
  Fabreqas Ronaldonun uğuruna kölgə saldı
16:33
  Maksim "Qarabağ"ın rəqibindən danışdı
15:57
  Hər oyundan əvvəl Neymara məsləhət verir
15:23
  Dünya çempionundan sərt açıqlama - "O Messi kimdir ki..."
15:17
  Belçika – Tunis: start heyətlər
14:54
  "Neymar məni söydü" – Tyaqo Silva
14:30
  "Brix ələ alınmışdı, FİFA onun işini araşdırmalıdır" - Matiç
14:02
  Velosipeddən yıxıldı, zədələndi – DÇ-2018
13:43
  Şotlandiyalı qapıçı da Azərbaycana gəlmək istəmədi
13:31
  Ronaldo buna da "etdi" - zərbəsi kosmosa uçdu
13:06
  “Mundialı Belçika udacaq” – Droqba
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore