DÇ-2018: qaldı 6 vəsiqə - siyahı

DÇ-2018: qaldı 6 vəsiqə - siyahı
DÜNYA FUTBOLU 12 Noyabr 2017 / 16:52 8062
-  A +

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək 32 komandadan 26-sı artıq məlumdur.

Qol.az-ın xəbərinə görə, daha 6 vəsiqənin sahibi yaxın günlərdə müəyyənləşəcək. Vəsiqələrdən 4-ü Avropa zonası, daha 2-si qitələrarası oyunların qaliblərinə qismət olacaq.

Artıq bu gün İsveçrə - Şimali İrlandiya və Yunanıstan - Xorvatiya görüşlərindən sonra DÇ-2018-in daha 2 iştirakçısı dəqiqləşəcək. Digər 4 qalib isə aşağıdakı təkrar pley-off matçlarından sonra bilinəcək:

 
13 noyabr. İtaliya - İsveç
14 noyabr. İrlandiya - Danimarka
15 noyabr. Avstraliya - Honduras
16 noyabr. Peru - Yeni Zelandiya


DÇ-2018-ə vəsiqəni təmin edən 26 komanda

Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş


Son xəbərlər