Qurban Qurbanovlu millinin ilk toplanışının vaxtı bilindi - Antalyaya gedirlər

Qurban Qurbanovlu millinin ilk toplanışının vaxtı bilindi - Antalyaya gedirlər
ÖLKƏ FUTBOLU 12 Noyabr 2017 / 15:18 7890
-  A +

Milli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib. Komanda Topaz Premyer Liqasının dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək.

Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək.

Qeyd edək ki, qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər (sport24.az).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın