Rusiya – Argentina oyunundan sonra qalmaqal

Rusiya – Argentina oyunundan sonra qalmaqal
XƏBƏR 12 Noyabr 2017 / 13:07 7348
-  A +

Rusiya və Argentina komandaları arasında dünən keçirilən yoxlama oyunundan (0:1) sonra onminlərlə azarkeş problemlə üzləşib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, yeni təmirdən çıxan “Lujniki” stadionunun üst tribunalarında yer alan azarkeşlər matç bitəndən sonra soyuq havada 30-40 dəqiqə yerlərində gözləmək məcburiyyətində qalıblar. Buna stadionun təhlükəsizlik xidmətinin hələlik bilinməyən səbəblərdən onları çölə buraxmaması səbəb olub.

DÇ-2018-in səfiri, jurnalist Dmitri Quberniyev baş verənləri rus donuzu sayağı hərəkət adlandırıb.

“Bu, biabırçılıqdır. Gələn il dünya çempionatını da belə keçirəcəyik?” – deyə o bildirib.
 

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza