“Belə zədəni heç bir idmançıya arzulamıram” – Səlahət Ağayev

“Belə zədəni heç bir idmançıya arzulamıram” – <b style="color:red"> Səlahət Ağayev</b>
ÖLKƏ FUTBOLU 11 Noyabr 2017 / 13:35 3004
-  A +

"Neftçi” Topaz Premyer Liqasının 12-ci turunda  qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Qol.az-ın xəbərinə görə, zədəsini sağaldan qapıçı Səlahət Ağayev də komanda ilə məşqlərə qoşulub. O, təəssüratlarını Neftçi TV ilə bölüşüb:

"Belə bir ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar əgər əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın. Şükürlər olsun, əməliyyata ehtiyac qalmadı və klubun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri, sağ olsunlar, zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadır, artıq üç gündür komanda ilə birgə məşqlərə çıxıram. Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu çox çətindir. Belə getsə, yaxın zamanlarda tam hazır olub komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik”.

Qeyd edək ki, "Neftçi” – "Qəbələ” oyunu noyabrın 19-da "Bakcell Arena”da keçiriləcək.

 

Daha çox


Son xəbərlər
17.10.18  21:15

Mane əməliyyat olundu

17.10.18  20:30

Venger qayıdır

17.10.18  18:33

Mourinyo cəzalandı

17.10.18  14:38

Gürcüstanla fərqimiz