"Marsel" Patris Evra ilə yolları ayırdı

"Marsel" Patris Evra ilə yolları ayırdı
DÜNYA FUTBOLU 11 Noyabr 2017 / 10:11 3548
-  A +

"Marsel" futbolçusu Patris Evra ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istindən yaydığı xəbərə görə, 36 yaşlı müdafiəçi ilə müqavilənin müddəti qarşılıqlı razılaşma əsasında ləğv edilib.

UEFA-nın P.Evranın verdiyi ağır cəzadan sonra bu qərar verilib.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Gimaraynş"la oyundan əvvəl isinmə hərəkəti zamanı azarkeşlərdən biri Evranı təhqir edib. Buna tab gətirməyən P.Evra həmin azarkeşin başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə verib. Bu hərəkətinə görə UEFA P.Evranı  2018-ci ili iyunun 30-na kimi avrokubok oyunlarından uzaqlaşdırıb. O, eyni zamanda 25 min avro məbləğində cərimələnib.


Son xəbərlər