Renat millinin düşərgəsini erkən tərk etdi

Renat millinin düşərgəsini erkən tərk etdi
ÖLKƏ FUTBOLU 10 Noyabr 2017 / 20:12 4414
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Renat Dadaşov Almaniya millisi ilə oyunda zədələndiyi üçün yığma komandadan ayrılıb.

Qeyd edək ki,  "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Kosovo matçı noyabrın 14-ü saat 18:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər