21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Yaşar Vahabzadə Qol.az saytının suallarını cavablandırıb. O, komandamızın Avropa çempionatının seçmə mərhələsində Almaniyaya 0:7 hesabı ilə uduzduqları oyunu şərh edib.
- Açığı, belə zəif oyun gözləmirdim. Düzdü, Almaniya millisi kimi güclü rəqibə qarşı oynadılar. Bəlkə də ilk dəqiqələrdən qol buraxıb, psixoloji gərginliyə düşdülər ki, almanlara top vurmaq çətin olacaq. Bəzi nüanslar var idi. Uduzmaq olar, amma istənilən halda belə zəif çıxış edəcəklərini gözləmirdim.
- Rəqibin adından çəkinmək bir yana, heç istək də yox idi axı...
- Bu uşaqlar güclü rəqiblərə qarşı mübarizə aparıblar. Bir müddət öncə almanlarla da oynayıblar. Komanda ustalıq, texnika cəhətdən rəqibə uduza bilər. Amma istək, mübarizə, aqressiya olmalıdı. Bunlar futbolçulara xas xüsusiyyətlərdi. Amma dünən meydanda mən bunu görmədim.
- Sizin vaxtınızda da komandaya milliləşdirilmiş legionerlər dəvət olunurdu. Dünənki oyunda da göründü ki, əcnəbilər yerli futbolçulardan qeyri-adi nə iləsə fərqlənmirlər. Özümüzdə onsuz da bu səviyyədə futbolçular var. Bu cür legionerlərin çağırılması nə dərəcədə düzgündür?
- Düzdür, var. Mən sizinlə razıyam. Dünən cəmi 2 legioner oynayırdı. Biri qapıçı, digəri müdafiəçi. Azərbaycanda qapıçı böyük problemdi. Biz də o vaxt axtarırdıq, amma yoxdu. Ona görə də məcburiyyətdən onu çağırmışdıq. Digər legionerləri isə sırf rəqabət yaratmaq üçün dəvət etmişdim. Bizim uşaqlar görsünlər ki, onların əvəzinə oynaya biləcək futbolçular var. Bir az artırsınlar. Kim istəməz ki, yığmada yerli uşaqlar oynasınlar. Dünən yerlilərin çoxu zəif oynadılar. Ad çəkmək istəmirəm. Gərək, öz üzərilərində ciddi işləsinlər. Klublarında oynamalıdırlar. Yığmaya 4 günlük gəlirlər. Qısa müddətdə məşqçi onlara yalnız taktiki-texniki göstərişlər verə bilər. Milliyə hər cəhətdən hazır gəlməlidirlər. Bizdə istək, mübarizə olmasa, çox çətin olacaq.
- Renat Dadaşovun çıxışını necə dəyərləndirirsiniz?
- Düzü, mən ondan çox şey gözləyirdim. Amma nəzərə alaq ki, futbol komanda oyunudu. 3 gündü bir yerdədilər. Bəlkə də tam uyğunlaşa bilməyib. Gözləyirdim ki, ən azından rəqib müdafiəçiləri təzyiq altında saxlayacaq. Birinci dəfə idi oynayırdı, yəqin, nəsə alınmayıb.
- Baş məşqçi Samir Ələkbərovda necə, günah görürsünüzmü?
- Adam danışmaq istəmir. Futbolu oyunçular oynayır, məşqçilər yox. Məşqçi sabah dəyişə bilər. Futbolçular məsuliyyəti artırmalıdırlar. Meydana çıxırlarsa, bilməlidirlər ki, ölkəni təmsil edirlər. Komandadı, uduza bilər, amma mübarizə də aparmaq lazımdı. Yalnız bu halda komanda oyunu görünə bilər. Çünki bizim səviyyəmiz o səviyyədə deyil.
- Milli komandamızın yeni baş məşqçisi Qurban Qurbanov da oyunu izləyənlər arasında idi. Sizcə, hazırkı U-21-də əsas yığmaya namizəd futbolçular var?
- Bugün üçün yox. Yalnız Mahir Mədətovdan başqa. Ola bilər ki, gələcəkdə hər şey düzələcək. Hazırkı məqamda Mahirdən başqa U-21-də əsas milliyə namizəd futbolçu görmürəm.
Elnur SALAHOV
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"