Gəncədə hakim penaltini niyə ləğv etdi? - Video

Gəncədə hakim penaltini niyə ləğv etdi? - Video
VİDEO 5 Noyabr 2017 / 16:29 5328
-  A +

Topaz Premyer Liqasının XI turunun “Kəpəz” – “Qarabağ” matçında maraqlı hadisə yaşanıb.

Qol.az-ın xəbərinə görə, Gəncə klubunun üzvü Viktor Oseqeyl ona qarşı hərəkəti penalti kimi dəyərləndirən baş hakim Rəhim Həsənovla razılaşmayıb.

Əvvəlcə FİFA referisi R.Həsənov “Qarabağ”ın qapısına penalti təyin edib. Bu zaman rəqibin simulyasiya etdiyini bildirən Ağdam klubunun qapıçısı İbrahim Şehiç və digər oyunçuları afrikalı futbolçuya etiraz ediblər. Bundan sonra Viktor Oseqeyl R.Həsənova yaxınlaşaraq qaydanın pozulmadığını deyib. Köməkçisi Yaşar Abbasovun da rəyini əsas götürən baş hakim ilkin qərarını ləğv edib.

Bundan sonra Şehiç Oseqeylə yaxınlaşara ona təşəkkür edib.




Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı