"Qəbələ" və "Sumqayıt"dan qələbə

"Qəbələ" və "Sumqayıt"dan qələbə
PREMYER LİQA 4 Noyabr 2017 / 19:54 14852
-  A +

Bu gün Topaz Premyer Liqada 11-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Günün ilk oyununda “Qəbələ” debütant “Səbail”i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə “Keşlə” “Sumqayıt”ın qonağı olub. Qarşılaşma "Sumqayıt"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, bu, "Keşlə"nin baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında ilk oyunu olub.

4 noyabr (şənbə)

18:00.“Sumqayıt”  - “Keşlə” - 3:1
Qol:
Denis Silva, 30-avtoqol (1:0), Nizami Hacıyev, 44 (1:1), Amil Yunanov, 52 (2:1), Adrian Skarlatake, 71-avtoqol (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
Kapital Bank Arena

16:00.“Qəbələ” – “Səbail” - 3:1
Qol:
Famussa Kone, 16 (1:0), Baqali Dabo, 29 (2:0), 83 (3:0), Eltun Yaqublu, 87 (3:1)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

5 noyabr (bazar)

15:00.“Kəpəz” – “Qarabağ”
Hakimlər
: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
Gəncə şəhər stadionu

17:00.“Zirə” – “Neftçi”
Hakimlər
: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
Zirə İdman Kompleksinin stadionu


N Klublar O Q H M T-F X
1 Qarabağ 9 7 1 1 15-4 22
2 Qəbələ 11 7 1 3 16-11 22
3 Zirə 10 6 3 1 18-8 21
4 Sumqayıt 11 5 1 5 14-15 16
5 Neftçi 10 4 1 5 12-10 13
6 Səbail 10 3 0 7 6:17 9
7 Keşlə 11 2 2 7 8:17 8
8 Kəpəz 10 2 1 7 7-15 7

Bombardir:
 Mahir Mədətov ("Qarabağ"), Baqali Dabo ("Qəbələ"),  Amil Yunanov ("Sumqayıt") - 5 qol, Təmkin Xəlilzadə ("Zirə"), Riçard Qadze ("Zirə") - 4 qol.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq