Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
Qurban Qurbanov millilərdə “təmizləmə əməliyyatı”na başladı
Danimarka dünya çempionatında
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
Aslan Kərimovla Samir Ələkbərov kəllə-kəlləyə gəldi - millidə qarşıdurma
Linklər
525ci Qəzet

“Xaqani Məmmədov hakimləri qorumur, uçuruma aparır” – Anar Salmanov
A A A

[03.11.2017]
“Xaqani Məmmədov hakimləri qorumur, uçuruma aparır” – <b style="color:red"> Anar Salmanov</b>

Keçmiş FİFA referisi Anar Salmanov Qol.az saytının suallarını cavablandırıb. Cari çempionatda hakimlərin idarəçiliyini dəyərləndirən hakim Topaz Premyer Liqanın 10-cu turunun “Qarabağ” – “Səbail” (1:0) matçında Rəvan Həmzəzadə, “Zirə” – “Qəbələ” oyununda (2:1) isə Fariz Yusifovun verdiyi mübahisəli qərarları şərh verib.

- Uzun müddətdi hakimlikdən uzaqsınız. Hazırda nə işlə məşğul olursunuz?

- Hakimlikdən uzaqlaşandan sonra İdman Akademiyasında baş müəllim vəzifəsində çalışıram. Eyni zamanda məşqlərimi davam etdirirəm. İnanıram ki, gec-tez hakimliyə qayıdacağam.

- Hələ də o həvəs, o istək sizdə qalıb?

- Mənim istəyim həmişə var. Həyatda heç vaxt kiminsə qərarına görə sınmıram. Çalışıram ki, öz üzərimdə işləyim. Ümid edirəm ki, gələcəkdə hakimliyə qayıdacam və Azərbaycan futboluna öz köməyimi göstərəcəm.

- Sevimli peşənizdən ayrı qalsanız da, yəqin ki, Premyer Liqanın oyunlarını izləyirsiniz. Ümumiyyətlə, çempionatın hazırkı səviyyəsindən razısınızmı?

- Təbii ki, əvvəlki rəqabət indi yoxdu. “Qarabağ”ın Quzanlıdakı, “Xəzər Lənkəran”ın Lənkərandakı oyunlarını nəzərdə tuturam. Rəqabət olmayan yerdə isə çempionatın sürətindən, inkişafından danışa bilmərik. Hesab edirəm ki, bu gün Premyer Liqanın səviyyəsi zəifdi. Komanda sayı az olduğuna görə rəqabət də yoxdu. Hazırda bir “Qarabağ”dı, bir də “Qəbələ”. Yavaş-yavaş “Neftçi” də gəlir. Qalan komandalar rəqabət aparmaq iqtidarında deyillər.

Maraqlıdı ki, əvvəlki rəqabət olmasa da, əvvəlki hakim səhvləri hələ də qalmaqdadı...

- Hakim səhvləri həmişə olub, olacaq da. Amma baxır səhvin dərəcəsinə. 8 komandalı çempionatda meydana 4 nəfər hakim çıxara bilmiriksə, hansı səviyyədən danışa bilərik. Struktur düzgün qurulmayıb. Hakimlər Komitəsi ayrıca departament olmalıdı. Çünki biz konvensiyaya daxil olmuşuq. UEFA 8-9 ildi, inkişaf proqramına görə bizə pul ödəyir. Onların şərtlərində biri budur ki, Hakimlər Komitəsi ilə inspektorlar vahid bir departamentdə işləməlidi. Onlar da AFFA-nın baş katibinə tabe olmalıdılar. Hər şey ordan başlayır. Həmin departamentinin bir sədri, onun köməkçiləri, onun da nəzdində istedadlar qrupu olmalıdı. Bütün problemlər burdan qaynaqlanır. Bizim hakimlərimiz, onların keçdiyi məktəb var. Fariz Yusifov, Əliyar Ağayev, Ömər Paşayev kimi hakimlərimizi göstərə bilərəm. Sadəcə, struktur düzgün qurulmayıb. Baxın, təyyarədən düşən hakim necə oyun idarə edə bilər? Əliyar iki dəfə səfərdən qayıdan kimi “Neftçi”nin oyununu idarə edib. Xaqani Məmmədov komitə sədri olaraq, fikirləşmir ki, Əliyar Avroliqanın oyunundan gəlir, yorğun halda çıxıb necə oyun idarə etsin? Səhv edəcək də.

- Necə düşünürsünüz, bu, hakim qıtlığı ilə bağlıdı, yoxsa...?

- Bir təfərdən, hakim qıtlığı ilə bağlıdı, ikinci tərəfdən, peşəkarlıq yoxdu. Əliyar Ağayev 2 gündən sonra başqa bir komandanın oyununu idarə edə bilməzdi? Bizim Fariz Yusifovumuz, Rəhim Həsənovumuz, Ömər Paşayevimiz var. Onlar gedib idarə edə bilməzdilər? Nə olmuşdu, Xaqani Məmmədov? Komitə sədri gərək təkcə özü haqda fikirləşməsin. Hakimi də düşünsün. Bilirsən ki, “Qəbələ” ilə Əliyar Ağayevin problemləri var. İkinci turda Əliyarı Qəbələyə, o boyda təhlükənin altına niyə yollayırsan? Qoy, həmin oyuna digər hakim getsin. Bu gün o adama hakimlik lazım deyil. Belə düşünsəydi, hakimlər arasında düzgün, sağlam rəqabət olardı. Dayısı filan yerdə işləyir, bibisi filan vəzifədədi… Belə hakimlik olmaz. Seçim düzgün aparılmalıdı. Kim güclüdüsə, oyunları da o idarə etməlidi. Güclü kənarda oturub, zəif meydana çıxmamalıdı. İnsanların gözü tərəzidi. 8 komandalı çempionatın 4 turuna hakim təyin edə bilmirsə, yaxud da qorxursa, Gəncəyə özü ilə Əliyarı aparırsa, biz hansı inkişafdan danışa bilərik? Əliyar Ağayev bu gün Xaqani Məmmədovun deyil, öz hesabına Avropada oyunlar idarə edir və qiymət alır. Xaqani Məmmədov və ya digər komitə rəsmiləri ingilis dilini bilirlər ki, gedib UEFA-da ünsiyyət qursunlar? Hakimlər Komitəsi ilə UEFA ayrı-ayrı şeylərdi. Azərbaycan futbolunda UEFA ilə əlaqəsi olan yeganə şəxs Elxan Məmmədovdu.

Az öncə qeyd etdiniz ki, Xaqani Məmmədov qorxusundan Əliyar Ağayevi “Kəpəz” – “Neftçi” oyununa təyin edib, Gəncəyə aparmışdı. Bilirsinizmi, Əliyar Ağayevin həmin oyundakı idarəçiliyinə görə Xaqani Məmmədov Gəncədə təhqir olundu?

- Bu, birinci hal deyil ki. O, həmişə təhqir olunur. Mənim üçün təzə xəbər deyil. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ümumiyyətlə, kimisə təhqir etməzlər. Görün, nə həddə çatdırıb ki, insanlar da boğaza yığılıblar. Tək Gəncə deyil, digər yerlərdə də belədi. Futbol, hakimlik azarkeşlər üçündü. Neçə dəfə Əliyar təyyarədən düşən kimi oyuna gedib. İnsan peşəkar olmalıdı, hakimini qorumalıdı. Onun səhvini sığortalamaq, malalamaqla sən onu qorumursan, uçuruma aparırsan. Hakimin səhvini izah edib, bunun üzərində işləmək həmin referinin inkişafı deməkdi.

- Premyer Liqanın son turu hakim səhvləri ilə yadda qaldı. Xüsusilə Rəvan Həmzəzadənin “Qarabağ” – “Səbail”, Fariz Yusifovun isə “Zirə” – “Qəbələ” oyunlarındakı qərarları xeyli müzakirə olundu...

- Hər ikisi dəyərli hakimdi. Mənim həmkarlarımdı. Mən də vaxtı ilə səhv etmişəm. Səhvsiz insan yoxdu. Rəvan gənc və perspektivli hakimdi. Onu oda atmasalar, gələcəyi olacaq. Birdən-birə Rəvanı belə oyunlara göndərmək onu “yandırmaq” deməkdi. Bunu pillə-pillə etmək lazımdı. Rəvan yaxşı sözlərə layiqdi. Amma psixoloji amil var. Rəvan həmin oyunda səhvlər elədi. “Səbail”in qapısına penalti təyin etmədi. Pedroya sarı vərəqə göstərilməməliydi. İdarəçiliyi zəif oldu. Rəvan qısa müddətdə gəlib bu yerə çatdı. Buna görə də ondan çox şey tələb etmək olmaz. Yavaş-yavaş gəlsəydi, püxtələşərdi. Fariz Məmmədovu çoxdan tanıyıram. Onun haqda pis nəsə deyə bilmərəm. Sadəcə, həmin oyunda bəzi səhvləri oldu. Təmkin Xəlilzadəyə ikinci “sarı”dan qırmızı vərəqə göstərməliydi. Penalti epizodunda isə üstünlüyü Farizə verirəm. Çünki hər şey gözünün önündə baş verdi. Düzdü, hər iki hakim bəzi səhvlər etdi. Amma bunlar sadəcə səhv idi, qərəz deyil.

Elnur SALAHOV

2809 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
11.11.2017  10:30 “Qarabağ”dan başqa, bütün komandalar əsas rəqiblərimizdir” – Rail Məlikov
07.11.2017  15:15 “Çelsi” ilə oyun revanş matçı deyil” – Ansi Aqolli
04.11.2017  10:52 “Milliyə dəvət alacağıma inanıram” – Rauf Əliyev
30.10.2017  16:30 "Onun da işi özünü yalandan yerə atmaqdır” – Cavid Hüseynov
27.10.2017  12:05 “Ən birinci namizəd Qurban Qurbanovdur” – Vaqif Sadıqov
26.10.2017  20:48 “Biz düşündük ki, millidə artıq yeni nəfəsə ehtiyac var” - Elxan Məmmədov
26.10.2017  15:08 “İnter”də qalıb-qalmayacağıma o qərar verəcək” – Zaur Svanadze
26.10.2017  13:11 “Qarabağ”la oyunda sensasiya etmək istəyirik” – Vüqar Nadirov
25.10.2017  15:11 "Kəpəz"də 3 ildi vəziyyət belədi... "
23.10.2017  16:41 “Komandamızda rəqabət yoxdur” - Adrian Skarlatake
22.10.2017  11:35 “Bundan sonra "Neftçi"yə həm hörmətlə, həm də ciddi yanaşacaqlar” – Ruslan Abışov
16.10.2017  13:31 “Simeone ad gününü səhərə qədər mənim evimdə keçirdi” – Hafiz Məmmədov
13.10.2017  22:40 “İstərdim ki, Prosineçki qalsın” – Rahid
13.10.2017  13:05 “Oğlum Coşqunu transfer etmək gücündə deyilik” – Şahin Diniyev
13.10.2017  11:53 “Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir” – Mirhüseyn Seyidov
12.10.2017  14:47 "AFFA millini mənə təklif etməz" - Mircavadov
09.10.2017  18:23 "Çox tab gətirə bilmədik" - Təmkin Xəlilzadə
09.10.2017  02:19 “Bacardığımız qədər vuruşduq” - Əfran İsmayılov
27.09.2017  23:22 “Roma” nəticəyə görə çox narahat idi" - Rəşad Sadıqov
23.09.2017  14:52 "Çelsi" ilə oyun bizə dərs oldu" - Maksim Medvedev
 
 
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
16:29
  Birinci divizionda 9-cu tur başladı
16:02
  PSJ-nin futbolçusu ili erkən başa vurdu
15:36
  “Millidə mənim kimi futbolçuya ehtiyac var” – İlqar Qurbanov
15:28
  Ançelotti ilə danışıqlara başlanıldı
15:09
  Jiru London derbisini buraxacaq
14:50
  "Zlatan şirdir, döyüşçüdür" - Mourinyo
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore