Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Qəbələ” “Sürix”ə qarşı - Yenilənir

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qəbələ" Antalyada bir gündə iki məşqə çıxdı - Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb
"Qarabağ" afrikalı hücumçu alır?
"Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
Rəşad Sadıqov qələbə ilə başladı
Linklər
525ci Qəzet

“Komandamızda rəqabət yoxdur” - Adrian Skarlatake
A A A

[23.10.2017]
“Komandamızda rəqabət yoxdur” - <b style="color:red">Adrian Skarlatake</b>

“İnter”in müdafiəçisi Adrian Skarlatake Qol.az saytına müsahibə verib. Rumıniyalı futbolçu komandasının çıxışından, yaranmış vəziyyətdən və gələcək planlarından danışıb.

- Son turda “Səbail”ə uduzdunuz. Əvvəlcə bu oyun haqda fikirlərini bilmək istərdim...

- Heyətdə zədəlilər çoxdur. Son matçda Nizami və Denis kimi aparıcı futbolçularımız oynamadı. Bunlar bizim üçün ciddi itkilərdi. Çünki cəmi 15 futbolçumuz var. Bu vəziyyətdə oynamaq çox çətindir. “Səbail”lə oyuna gəlincə, əlimizə bir neçə imkan düşsə də, istifadə edə bilmədik. Əvəzində isə rəqib qapımıza qol vurdu. Oyunlara daha yaxşı köklənməliyik. Son 5 oyunda cəmi 2 qol vurmuşuq ki, bunlar da künc və cərimə zərbəsindən sonra olub.

- Komandada ümumi vəziyyət necədi? Müsbətə doğru hansısa dəyişiklik hiss olunur?

- Əlbəttə, indi vəziyyət yaxşı deyil. Çünki xala ehtiyacımız var. Qışa qədər maksimum xal qazanmalıyıq. Ümid edirəm ki, fasilədə komandaya yeni futbolçular cəlb olunacaq. Çünki belə oynamaq çox çətindir.

- Klubun yeni rəhbəri Zaur Axundovu axırıncı dəfə nə vaxt görmüsən?

- “Səbail”lə oyundan əvvəl paltardəyişmə otağına gəlmişdi.

- Müşahidə Şurasının sədri hazırkı vəziyyətlə bağlı nə dedi?

- O da vəziyyətdən narahatdır. Çünki biz yaxşı oynamırıq. Amma Axundov da başa düşür ki, rəqabət olması üçün bizim daha çox oyunçuya ehtiyacımız var. Baxın, bizim komandada əgər bir oyunda pis oynayırsansa, bu, o qədər önəmli deyil. Bilirsən ki, heyətdə cəmi 11-12 futbolçu var. Pis oynasan da, gələn tur yenə meydana çıxacaqsan. Komandada rəqabət yoxdur.

- Bəziləri də bundan sui-istifadə edir. Məsələn, eşitdiyimə görə, bəzi futbolçular bilərəkdən oynamırlar. Özlərini zədəli kimi göstərirlər...

- Bu barədə heç nə bimirəm. Açığı, heç buna inanmıram da. Çünki cəmi 15 futbolçumuz var ki, onların da 4-ü ikinci komandadan gəlib. Hər dəfə 12-13 oyunçu ilə məşq edirik. Bu vəziyyətdə yaxşı oyun göstərmək çox çətindir. Həqiqətən inanıram ki, komandaya yeni futbolçular alınacaq. Yanvardan sonra yenidən mübarizəyə qoşulmaq və 3-4-cü pillələrdən birini tutub, Avroliqada oynamaq istəyirik.

- Maaşlarınızı necə, ala bilmisiniz?

- Bu gün avqust ayının maaşını aldıq. İki gün sonra isə sentyabr ayının məvacibi veriləcək. Əslində pulla bağlı elə də ciddi problem yoxdur. Bir az geciksə belə, maaşımızı alırıq. İndi biz yalnız növbəti oyun və qələbə haqda düşünməliyik. Başqa yolumuz yoxdur.

- Növbəti oyundan söz düşmüşkən, X turda “Kəpəz”lə qarşılaşacaqsınız və “İnter” bu oyuna “Keşlə” adı ilə çıxacaq...

- Mənim üçün ad önəmli deyil. Əsas “Kəpəz”i məğlub etməkdir. Bu, bizim üçün çox vacibdir. Yalnız qələbə: başqa seçimimiz yoxdur.

- Bəs öz gələcəyin haqda nə düşünürsən? “İnter”də qalacaqsan, yoxsa komandanı dəyişəcəksən?

- Qışda vəziyyətə baxacam. Baş verənləri izləyəcəm. Qalmaq istəyirəm. Ümid edirəm ki, yeni futbolçular gələcək. Çünki sonuncu pillə üçün oynamaq istəmirəm. 3-4 səviyyəli futbolçu alınsa, komanda daha yaxşı olacaq və ilk “üçlük” üçün mübarizə aparacaq.

Elnur SALAHOV

1764 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
15.01.2018  13:46 "Neftçi"dən heç bir incikliyim yoxdur" - Məqsəd İsayev
11.01.2018  16:07 "Raufu komandamda görmək istəyirəm" - Yuri Maksimov
11.01.2018  11:55 “Tərlan Əhmədov istədi deyə “Neftçi”yə gəldim” – İlkin Qırtımov
05.01.2018  18:57 "Maksimovun futbolçunu döyməsi məni qorxutmur" – Adrian Skarlatake
04.01.2018  16:03 "Məqsədimiz o idi ki, 0:4, 0:5 hesabı ilə uduzmayaq" - Samir Əliyev
03.01.2018  12:07 “Yəqin "Kəpəz"i bu vəziyyətə biz salmışıq” – Kərim Diniyev
27.12.2017  15:34 “Nə vaxt uğurlu işimiz olur, nəsə bir zibil qaynadırlar” – Samir Abasov
25.12.2017  11:27 “Mən Səmədov və Şeydayevin yox, öz yolumla gedəcəyəm” – Ayaz Quliyev
21.12.2017  16:30 "İngilis dilini bilməməyimdən istifadə edib məni aldatmaq istədilər" - Rauf Əliyev
20.12.2017  15:14 “Mən həmişə “Qəbələ”yə görə narahatam” – Fariz Nəcəfov
12.12.2017  16:00 “Ehtiyatda oturmaq fikrim yoxdur” – Orxan Sadıqlı
10.12.2017  20:00 "Oyun alqı-satqısı ilə məşğul olanın Allah bəlasını versin"
04.12.2017  14:35 “Elvin Camalov əsas heyətdə oynayırsa, bu, bizim çempionluğumuzdur”
01.12.2017  16:23 “Bizim vaxtımızda oyun alqı-satqısı yox idi” - Mircavadov
29.11.2017  19:52 "Məndə bəzi şeylər alınmır" - Pərdis Fərcad-Azad
24.11.2017  16:50 “Mənə Azərbaycanda oynamaq xoşdur” – Filip Ozobiç
21.11.2017  17:17 “Problemləri axtarıb tapmaq lazımdır” – Mahmud Qurbanov
17.11.2017  14:24 “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
11.11.2017  10:30 “Qarabağ”dan başqa, bütün komandalar əsas rəqiblərimizdir” – Rail Məlikov
07.11.2017  15:15 “Çelsi” ilə oyun revanş matçı deyil” – Ansi Aqolli
 
 
  17.01.18
17:02
  “Qəbələ” “Sürix”ə qarşı - Yenilənir
17:00
  "Arsenal" Obameyanqla danışıqlara başladı
16:55
  "Addım-addım irəliləyirik" - Ansi Aqolli
16:00
  "Qəbələ"nin "Sürix"lə oyun üçün start heyəti
15:52
  "Real" hücum xəttini dəyişir?
15:25
  "Ləyaqətsiz adamdır" - atası Rayan Giqqz haqda
15:21
  AFFA Kosovoyla oyun üçün hökumətdən razılıq alıb
15:12
  "Bursaspor"a qayıtmaq üçün əlimdən gələni edəcəm" - millimizin üzvü
14:44
  "Məni və "Qarabağ"ı qane edən təklif olsa, düşünərəm" - Şehiç
14:36
  "Yuventus"da iki ciddi itki
14:10
  "Qarabağ" oyun günü məşq etdi
13:55
  "Azərbaycandan əla təklif almışam"
13:40
  "Barselona" Çin klubu ilə razılığa gəldi
13:15
  Günün canlı oyunları - Etopaz-da
12:55
  Dəniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina edir? -AFFA-dan açıqlama
12:50
  Futbolçuya 1, həkiminə 4 illik cəza
12:36
  "Mançester Yunayted" Mourinyo ilə razılığa gəldi
12:24
  Ronaldinyo karyerasını rəsmən bitirdi
12:07
  "Sumqayıt" - "Səbail" oyununun başlama saatı açıqlandı
11:55
  “Qarabağ”ın 2018-ci ildə ilk sınağı - Yenilənir
11:45
  Yaponiya klubundan millimizə
11:26
  "Qəbələ" Antalyada növbəti məşqə çıxdı - Şəkillər
11:05
  Azərbaycanla Ermənistan eyni qrupda
10:54
  Nazarov üçün 45 dəqiqə
10:30
  "Azərbaycanda işləyəndə gördüm ki..." - Prosineçki
10:15
  Klublarımızın qış transferləri – Yenilənir
10:02
  "Neftçi" Türkiyəyə getdi
09:51
  "Monako" heç-heçə etdi - Video
09:39
  Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də
01:30
  “Mançester Yunayted”dən qisas almaq üçün...” - Van QaI
00:58
  Emre Can “Liverpul”da qalacaq?
00:37
  Ronaldo ilin idmançısı adına namizəddir
00:19
  “İşim Hazardı sevindirmək deyil” - Konte
00:00
  “Trabzonspor”dan erkən vida, “Fənərbaxça” 1/4 finalda
  16.01.18
22:10
  "Qəbələ"nin "Sürix"lə ikinci sınağı
21:00
  "Arsenal"ın futbolçusu "Everton"da
20:05
  "Qarabağ" "Kuban"la oyuna hazırdır
19:33
  “Traktor Sazi" Mustafa Dənizli ilə razılığa gəldi
19:03
  Rəşad Sadıqov qələbə ilə başladı
18:24
  "Kəpəz"dən daha 2 transfer
18:03
  Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb
17:51
  "Qarabağ"ın dünya reytinqi - TOP-100-də
17:34
  "Neftçi"də növbəti ayrılıq - rəsmi
17:15
  La Liqada dekabrın ən yaxşı futbolçusu kim olacaq?
16:52
  "Qəbələ" - "Sürix" oyununun başlama saatı açıqlandı
16:37
  Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq
16:11
  Millimiz 6 qolla qalib gəldi
15:46
  “Yeni Pele daha dünyaya gəlməyəcək"
15:15
  "Pepə başa saldılar ki, Messiyə toxunmaq olmaz"
14:56
  Ukraynalı qapıçı rəsmən "Kəpəz"də
14:31
  PSJ-nin məşqində Neymar şousu - Video
14:15
  "Arsenal" Sançesi erməni futbolçuya dəyişir
14:02
  Günün canlı oyunları - Etopaz-da
13:43
  "Barselona" onu satmaqdan imtina etdi
13:20
  Rəşad Sadıqov səhər məşqdə, axşam oyunda - Şəkil
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore