"Qarabağ"ın ilk məğlubiyyəti - "Qəbələ"yə uduzdu

"Qarabağ"ın ilk məğlubiyyəti - "Qəbələ"yə uduzdu
PREMYER LİQA 22 Oktyabr 2017 / 20:24 15893
-  A +

Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə turun mərkəzi matçı keçirilib.

Lider “Qarabağ”  “Qəbələ”nin qonağı olub və 0:1 hesabı ilə uduzub. Bu, "Qarabağ"ın cari çempionatda ilk məğlubiyyəti olub. "Qəbələ" isə bu qələbə sayəsində əsas rəqibi "Qarabağ"la xal fərqini bərabərləşdirib. Amma Ağdam klubunun ehtiyatda bir oyunu da var.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə "Azərsun Arena"da keçirilən oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanmışdı.


 

22 oktyabr (bazar)

18:30. “Qəbələ” – “Qarabağ” - 1:0
Qol:
Asif Məmmədov, 8
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
Qəbələ şəhər stadionu


21 oktyabr (şənbə)

17:00. “Sumqayıt” – “Zirə” - 2:1

15:00. “Kəpəz” – “Neftçi” - 0:1

20 oktyabr (cümə)

“Səbail” – “İnter” - 1:0


N Klublar O Q H M T-F X
1 Qarabağ 8 6 1 1 14-4 19
2 Qəbələ 9 6 1 2 12-8 19
3 Zirə 9 5 3 1 16-7 18
4 Sumqayıt 9 4 1 4 10-12 13
5 Neftçi 9 3 1 5 10-9 10
6 Səbail 8 3 0 5 5:12 9
7 İnter 9 2 2 5 7:12 8
8 Kəpəz 9 1 1 7 5-15 4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Təmkin Xəlilzadə, ("Zirə") - 4 qol, Riçard Qadze ("Zirə") - 4 qol


Son xəbərlər