Hafiz Məmmədov “Qarabağ”ı təbrik etdi - Video

Hafiz Məmmədov “Qarabağ”ı təbrik etdi - Video
XƏBƏR 19 Oktyabr 2017 / 15:15 5268
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ” öz meydanında “Atletiko” ilə qolsuz bərabərliyə qaldığı tarixi oyunu izləyənlər arasında tanınmış azərbaycanlı iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov da olub.

Qol.az-ın məlumatına görə, H. Məmmədov matçı “Atletiko”nun prezidenti Enrike Serezo ilə birlikdə izləyib.

Hafiz Məmmədov oyundan sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə görüşüb. Hafiz bəy daha sonra onunla futbolçuların geyinmə-soyunma otağına gedib və komandanı tarixi heç-heçə münasibəti ilə təbrik edib. 





Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı