"Qarabağ" dünyanın ən güclü klublarına qarşı oynamağa qadirdi" - Tahir Gözəl

"Qarabağ" dünyanın ən güclü klublarına qarşı oynamağa qadirdi" -  Tahir Gözəl
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2017 / 23:08 5232
-  A +

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Atletiko” ilə oyundan sonra (0:0) brifinq keçirib. Qol.az-ın əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:


- Bir xala görə sevinirsiz?

- “Qarabağ” bir daha sübut etdi ki, dünyanın ən güclü klublarına qarşı oynamağa qadirdi. “Qarabağ” ölkəmizi layiqincə təmsil etdi. Bu, xalqımızın, cənab prezidentin gücüdü. Dünya da bugünkü oyunmuzu alqışlayacaq. Xalqımızı, prezidentimizi təbrik edirem. Biz bu gün buradan qürurlu ayrılırıq. Kaş qələbə qazanardıq. Fürsətlərimiz oldu, amma alınmadı. “Qarabağ”ın hələ də şansı var. Madriddə də bu cür oynamağa çalışacağıq. Özünüz gördünüz ki, necə pressinq edirdik. Səfərdə də nəticə qazansaq, qrupda şansımız olacaq.

- Nəticəyə görə sanki təəssüflənirsiniz...

- Qol epizodlarımız oldu. Bir prenalti epizodu vardı. Deyə bilmərəm dəqiq, 100 faiz penalti idi, ya yox. Hakim penaltini verə də bilərdi. Qırmızı vərəqəyə görə narahat oldum. 10 nəfərlə oynadıq, 18 dəqiqəni azlıqda keçirdik. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Mənəvi qələbə qazandıq.

- Bu cur oyunla “Qarabağ” ən azı qrup üçüncülüyü, Avroliqa üçün oynaya bilər?

- Etiraf etmək lazımdır ki, çətindi. Ölüm qrupuna düşmüşük. Amma artıq bizim xalımız var. Daha bir oyunda da xal qazansaq, şansımız olacaq.

- Dino Ndolovunun yoxluğu səfər oyununda özünü göstərəcək?

- Qurban hoca baxacaq bu məsələyə. Texniki heyətin işidi. Dinonun olmaması bizim üçün itkidi. Görək necə olur.

- Oyun stiline görə “Atletiko” “Qarabağ” üçün ən uyğun rəqibdi?

- “Atletiko” əks-hücumları ilə tanınan klubdu. Hamısı dünya səviyyəli oyunçulardı. “Atletiko” əvvəlki oyununda “Barselona” ilə bərabərə qalıb. “Qarabağ” öz gücünü ortaya qoyacaq və məncə şansımız daha artıq olacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı