“Nəyin bahasına olursa-olsun, qalib gəlməliyik" - "Atletiko"nun prezidenti

“Nəyin bahasına olursa-olsun, qalib gəlməliyik" -  "Atletiko"nun prezidenti
GÜNDƏM 18 Oktyabr 2017 / 16:11 3405
-  A +

“Bizim üçün hər oyun önəmlidir. “Qarabağ”la qarşılaşma isə hamısından vacibdir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun prezidenti Enrike Serezo "AS" nəşrinə açıqlamasında deyib.

Klub rəhbəri Çempionlar Liqasının qrup mərhələsində bu gün "Qarabağ"la keçiriləcək oyunla bağlı fikirlərini bildirib.  O, ancaq qələbə haqda düşündüklərini qeyd edib: “Nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq.  Bunu bacarsaq, pley-off mərhələsinin qapıları üzümüzə açılacaq.  Bugünkü məqsədimiz qələbə, qələbə və yenə də qələbədir. “Roma” ilə oyunu əla keçirmişdik. Qələbə qazana bilərdik. Daha sonra Çelsi” bizə qalib gəldi. İndi isə “Qarabağ”ı məğlub etmək məcburiyyətindəyik. Rəqib yaxşı komanda olsa da, biz mütləq  3 xal əldə etməliyik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” görüşü saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər