Qrizmann "Qarabağ"la oyunu buraxa bilər

Qrizmann "Qarabağ"la oyunu buraxa bilər
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2017 / 11:52 2420
-  A +

“Atletiko”nun futbolçusu Antuan Qrzimann Çempionlar Liqasının qrup mərhələsində bu gün “Qarabağ”la keçiriləcək oyunu buraxa bilər.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın "Marca" qəzeti xəbər yayıb. Dünən hərarəti yüksələn fransız hücumçu oyunöncəsi məşqə də qatılmayıb.

Qəzetin yazdığına görə, komandanın baş məşqçisi Dieqo Simeone son dəqiqəyə kimi aparıcı futbolçunun sağalmasını gözləyəcək. Əgər bu baş verməsə, argentinalı müəxəssis digər alternativlərdən istifadə etməli olacaq. Qrizmann oynamayacağı təqdirdə, onu meydanda Kevin Qameyronun əvəz edəcəyi gözlənilir. Hər şeyə yaxın saatlarda aydınlıq gələcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi