Ronaldo Raulu geridə qoydu

Ronaldo Raulu geridə qoydu
DÜNYA FUTBOLU 18 Oktyabr 2017 / 01:46 4364
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo üçün Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Tottenhem"ə qarşı oyun (1:1) əlamətdar olub.

Qol.az-ın "Orta"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu bu görüşlə ÇL-də 143-cü matçına çıxıb. Bununla da o, "Real"ın sabiq üzvü Raulu (142 oyun) geridə qoyaraq ÇL tarixində ən çox oyun keçirən üçüncü futbolçu olub.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə "Real"ın sabiq qapıçısı və hazırda "Portu"nun şərəfini qoruyan İker Kasilyas (166 oyun) qərarlaşıb. "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi 151 matçla ikincidir.


Son xəbərlər