Pley-off mərhələsinin püşkü atılır - DÇ-2018

Pley-off mərhələsinin püşkü atılır - DÇ-2018
DÜNYA FUTBOLU 17 Oktyabr 2017 / 11:01 4342
-  A +

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Qol.az-ın məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyacaq.
 
4 cüt təşkil edəcək komandalar püşk ərəfəsində iki səbətə bölünüb. FİFA reytinqində daha yüksək pillələrdə olan İsveçrə, İtaliya , Xorvatiya  və Danimarka milliləri səpələnmişlər sırasında yer alıblar. Bu yığmalar Şimali İrlandiya , İsveç , İrlandiya  və Yunanıstan  komandalarından biri ilə görüşəcək.
 
İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.
 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı