Kaka ağlayaraq azarkeşlərlə vidalaşdı - Şəkil

Kaka ağlayaraq azarkeşlərlə vidalaşdı -  Şəkil
XƏBƏR 16 Oktyabr 2017 / 16:05 4021
-  A +

ABŞ-ın “Orlando Siti” klubunun futbolçusu Kaka mövsümün sonunda - bu ilin dekabr ayında komandasından ayrılacaq.

Qol.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Orlando Siti”nin öz meydanında sonuncu oyununa çıxıb.

MLS liqasında "Kolumbus Krev"ə uduzduqları (0:1) oyunda azarkeşlərlə vidalaşan 35 yaşlı futbolçu göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 3 ildir “Orlando Siti”də çıxış edən Kaka bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın