"Neftçi"nin hücumçusu Uqo Barqas Topaz Premyer Liqanın 8-ci turunda "Səbail" üzərində 4:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, fransalı hücumçu komandadakı sıçrayışın səbəbləri, eyni zamanda, şəxsi çıxışı haqda danışıb.
- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdik...
- İlk 10 dəqiqəyə istədiyimiz kimi başlaya bilmədik. Çünki adi epizodlarda ötürmələrdə səhvlər edirdik. Amma 10 dəqiqə keçəndən sonra komanda özünə gəldi və oyununu tapdı. Bundan sonra oyuna nəzarət edən tərəf biz olduq. Oyundan oyuna artım hiss olunur. Bunun da səbəbi bir olmağımızdadır. Rəqib qapısı qarşısında çoxlu qol epizodları yaratdıq. Ancaq cəmi dördündən yararlana bildik. Daha çox qul vura bilərdik. Bir daha azarkeşlərimizi və bütün camiəmizi təbrik edirəm.
- Səhv eləmirəmsə, bu, "Neftçi"də ilk dublun idi. Şəxsi nəticə sənin üçün nə dərəcədə önəmlidir?
- Sevinirəm ki, "Neftçi"də ilk dublumu gerçəkləşdirdim. İnanıram ki, bundan sonra daha da çox qol vurub komandaya xeyir verəcəm. Əvvəlki oyunlara baxsaq, meydanda çox az olurdum. Davamiyyət olmurdu. Sonradan oyuna daxil olurdum, 5-10 dəqiqə oynayırdım. Bu isə formamı qoruyub saxlamağa təsir göstərirdi. Amma son 3 matçda məşqçi mənə inanır və start heyətdə meydana buraxır. Bu da mənə əlavə motivasiya verir.
- Birinci dövrədə həmin bu meydanda çox zəif oynayaraq, "Səbail"ə uduzmuşdunuz. Bu dəfə isə rəqibi darmadağın elədiniz. Yeni baş məşqçi sizə hansı motivasiyanı verir ki, komanda inamlı çıxış edir?
- Bizdə fiziki cəhətdən bir az axsaqlıq var idi. Milli oyunlarla bağlı yaranmış fasilədə bu çatışmazlığı qismən də olsa, aradan qaldıra bildik, öz üzərimizdə işlədik. Bu da oyunda özünü biruzə verdi. Nəinki fiziki, oyun cəhətdən də artım var. Bunu hamı görə bilər. Bu da hamının istəkli olmasından irəli gəlir. Artıq komanda bir nöqtəyə zərbə vurur. Birlik meydandakı oyunumuza da təsir göstərir.
- Hazırda 3 qolla "Neftçi"nin yeni bombardirisən. Azarkeşlər səndən daha çox qol gözləyir. Növbəti səfər Gəncəyədir. Azarkeşlərə həmin oyunda da qol vuracağına söz verə bilərsən?
- Növbəti oyunumuz "Kəpəz"ə qarşıdır. Sabahdan hazırlıqlara başlayacağıq. Ümumiyyətlə, komanda şəklində bu matça yaxşı hazırlaşmalıyıq. Çünki 1-2 oyunluq qələbələrlə kifayətlənmək olmaz. Bizi orda çətin görüş gözləyir. Azarkeşlərimizə demək istəyirəm ki, necə ki son oyunlarda meydanda canla-başla mübarizə aparırıq, bundan sonra da belə olacaq. Mən də vurduğum qollarla komandaya kömək etməyə çalışacam.
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video
"Qarabağ" gürcü futbolçunu təbrik etdi
Kvaratsxeliya ləzginka oynadı - Video
"Mançester Yunayted" avrokuboklardan kənarda qala bilər
Roberto Martinezli Portuqaliya millisində ilk