"Avstriyada da mənimlə maraqlanırlar" - Prosineçki

 "Avstriyada da mənimlə maraqlanırlar" - Prosineçki
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2017 / 17:50 4134
-  A +

"Mən də sizin qədər məlumatlıyam. Xəbərləri mediadan izləyirəm. Eşitmişəm ki, Sloveniya və Avstriyada mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin  baş məşqçisi Robert Prosineçki "Slobodno Bosna"ya açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis  bildirib ki, Bosniya və Herseqovina Futbol İttifaqı ilə danışıqlara başlamağa hazırdır: "Bir neçə gündən sonra Azərbaycanda olacağam. Yerli futbol assosiasiyası ilə məsələni həll etməliyəm. Bundan sonra BHFİ ilə danışıqlara hazıram. Bu işlə ciddi məşğul olacağam".

Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın 6-da başa çatacaq.

Daha çox


Son xəbərlər