"Qarabağ" - "Atletiko": nə qədər bilet satılıb?

"Qarabağ" - "Atletiko": nə qədər bilet satılıb?
GÜNDƏM 15 Oktyabr 2017 / 17:09 9488
-  A +

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko” (Madrid) ilə  matçın bilet satışı davam edir.

Qol.az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı təxminən 35 minə çatıb.

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da başlayacaq.

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Daha çox


Son xəbərlər