"İndi hər şey yaxşıdır" - Stiven Manroz

"İndi hər şey yaxşıdır" - Stiven Manroz
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2017 / 11:10 2491
-  A +

"Qəbələ”nin futbolçusu Stiven Monroz Topaz Premyer Liqasının 8-ci turunda səfərdə "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Qəbələ”nin oyunundan razı qaldınız?

- Əsas olan qələbə idi. Sumqayıtda oynamaq çətindir. Buna baxmayaraq, evə 3 xalla dönürük.

- Mütəxəssislər hesab edirlər ki, komandanın hazırda sərgilədiyi futbol çempion olmağa ümid vermir. Bununla razısınız?

- Necə olacağını öncədən demək olmaz. "Qəbələ” ötən mövsüm birinci yerdə getsə də, yekunda çempion ola bilmədi. İndi də əlimizdən gələni edirik, öz oyunumuzu nümayiş etdiririk.

- "Neftçi” ilə oyundan sonra Ruslan Qurbanovla aranızda baş verən insident barədə nə deyə bilərsiniz? Həmin hadisədən sonra nə dəyişib?

- Bu məsələnin öz aramızda qalmasını üstün tuturam. Öz ailəmizdə olan problem idi, indi hər şey yaxşıdır.

- Klub rəhbərliyinin baş verənlərə görə sizi 10 min dollar cərimələməsi doğrudur?

- Belə suallara cavab vermirəm. Bu barədə mənə heç bir xəbər gəlməyib.

- Çempionluq yolunda əsas rəqibiniz "Qarabağ”ın "Atletiko” ilə oyununu tribunadan izləyəcəksiniz?

- Həmin vaxt Qəbələdə olacağıq. Gəlib-gəlməyəcəyimizi bilmirəm. Azərbaycanın komandasıdır, bol şans, uğurlar diləyirəm.

- Fransa yığmasında oynamısınız. "Atletiko”nun futbolçusu olan həmyerliniz Antuan Qrizmannla münasibətiniz var?

- Fransa millisinindən bəzi oyunçuları tanıyıram. Hərənin öz həyatı var. Bu, sadəcə tanışlıqdır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın