"Roma"da ciddi itki

"Roma"da ciddi itki
DÜNYA FUTBOLU 15 Oktyabr 2017 / 12:00 1821
-  A +

"Roma"nın futbolçusu Kostas Manolas Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə oyunu buraxacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Eusebio Di Françesko məlumat verib. O, 26 yaşlı müdafiəçinin A seriyasının 8-ci turunda "Napoli"yə qarşı matçda (0:1) zədələndiyini bildirib. Bu səbəbdən K.Manolas London təmsilçisi ilə görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Çelsi" - "Roma" oyunu oktyabrın 18-i keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı