"Barsa"nı dayandıran tapıldı - "Qarabağ"ın rəqibi

"Barsa"nı dayandıran tapıldı -  "Qarabağ"ın rəqibi
VİDEO 15 Oktyabr 2017 / 00:55 8030
-  A +

İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, turun mərkəzi görüşü Madriddə olub.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində rəqiblərindən olan “Atletiko” lider “Barselona”nı qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Bununla da cari mövsüm keçirdiyi 7 görüşün hamısında qalib gələn “Barsa” ilk xal itkisi ilə üzləşib.

"Atletiko" - "Barselona" - 1:1
Qollarr:
Niguez, (1:0), Suarez, 82 (1:1) 

Bu nəticədən sonra “Barselona” 22 xalla 1-ci, “Real” 2-ci (17 xal), “Atletiko” isə (16 xal) 3-cüdür.

Qeyd edək ki, “Atletiko” oktyabrın 18-də Bakıda “Qarabağ”ın qonağı olacaq.




Daha çox


Son xəbərlər