"O qədər həyəcanlanmışdıq ki..." - Samir Abasov

"O qədər həyəcanlanmışdıq ki..." - Samir Abasov
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2017 / 20:30 2639
-  A +

“Matç maraqlı keçdi. Yaxşı oynadıq, ikinci hissədə daha yaxşı çıxış etdik. Birinci hissəyə də pis başlamamışdıq. Təəssüf ki, qol buraxdıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer 8-ci turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 “Azarkeşlər sona qədər qol gözləyirdi. Halal olsun uşaqlara, bu tempdə davam etmək lazımdır. “Qəbələ” bizə qarşı başqa cür oynadı, ona görə də, alınmadı. Bəlkə də buna hazır deyilik. Dəyişiklər etməliyik, oyun planı və başqa yöndə dəyişikliklər olacaq” - deyə o bildirib.

S.Abasov oyunun həyəcanlı keçdiyini bildirib: "O qədər həyəcanlanmışdıq ki, bir də gördüm paltarımı paltardəyişmə otağında qoymuşam, üşüyürəm. İnanıram ki, uğur gələcək".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın