“Messini qayda pozuntusu etmədən saxlamaq mümkün deyil” – Felipe Luis

“Messini qayda pozuntusu etmədən saxlamaq mümkün deyil” – Felipe Luis
DÜNYA FUTBOLU 13 Oktyabr 2017 / 12:22 4247
-  A +

“Atletiko”nun oyunçusu Felipe Luis Lionel Messi və Kriştiano Ronaldo barədə fikirlərini açıqlayıb.

Qol.az-ın “El Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi hər iki futbolçunun yüksək ustalıq səviyyəsindən danışıb:

“Onlar bir mövsüm hərəyə 50 qol vuranda insanlar müdafiəçiləri günahlandırırlar. Amma axı, başqaları o qədər qol vura bilmirlər. Müdafiəçilər də həminkidir. Başqaları üçün çətin olan onlar üçün asandır. Messi və Ronaldo tamam başqa səviyyəli futbolçulardır. Messini isə qayda pozuntusu etmədən saxlamaq mümkün deyil. Mən iyirmi təkbətək mübarizənin yalnız birində ondan topu ala bilərəm. Ona qarşı başqa vasitələr lazımdır”.


Son xəbərlər