Şevçenko qovulmayacaq

Şevçenko qovulmayacaq
XƏBƏR 12 Oktyabr 2017 / 16:50 2826
-  A +

Ukrayna Futbol Federasiyası milli komandanın baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərməycək.

Qol.az-ın "futbol24"ə istinadən yaydığı xəbərə görə, noyabrda keçiriləcək yoldaşlıq oyunlarında komandanı meydana məhz Şevçenko çıxaracaq.

Millinin baş məşqçi vəzifəsinə namizəd axtarılmadığı bildirilir.

Qeyd edək ki, Şevçenko 2016-cı ildə Ukrayna millisi ilə 2 illik müqavilə imzalayıb. Yığma komanda DÇ-2018-ə vəsiqə qazanmaq şansını itirdikdən sonra Ukrayna mətbuatı Şevçenkonun millidən göndəriləcəyi haqda xəbərlər yayıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord