Prosineçki haqda növbəti iddia

Prosineçki haqda növbəti iddia
XƏBƏR 12 Oktyabr 2017 / 15:31 4790
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti iddia yayılıb.

Qol.az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, Prosineçki Bosniya və Herseqovina millisini çalışdıra bilər.

Xəbərdə hazırkı çalışdırıcı Mehmed Bajdareviçin fəaliyyətinin federasiya rəhbərliyini razı salmadığı və buna görə də, onunla müqavilənin yenilənməyəcəyi bildirilir. Bajdareviçi Prosineçkinin əvəzləyəcəyi iddia edilir.

Bugünlərdə Prosineçkinin adı Sloveniya millisi ilə hallansa da, o, yayılan xəbəri təkzib edib.

Qeyd edək ki, millimizlə müqaviləsi dekabrda başa çatacaq 48 yaşlı mütəxəssis böyük ehtimalla yığmamızdan ayrılacağını açıqlayıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı