Bura gələndə 2009-cu il idi. Vətəni Albaniya, İsveçrə, Finlandiya və nəhayət, Ukraynadan sonra futbolçu karyerasında hazırkı və bəlkə də artıq sonuncu dayanacağı Azərbaycan, “Qarabağ”dı Ansinin.
Azərbaycanda oynayan yeganə legioner futbolçudu ki, azarkeşlər onu adı, yaxud soyadıyla deyil, daha çox “Qarabağ”ın məxsus olduğu Ağdam şəhərinin klassik müraciət formasında - “qaqa” deyə çağırırlar. Yəni Ansi belə deyək, artıq “Qarabağ”ın futbolçusu çərçivəsindən çıxmağı bacarıb. İndi o, təkcə bioloji olaraq bir alban deyil, həm də bir az ağdamlı, bir az qarabağlı, ən əsası bir azərbaycanlıdı...
Bu video İrəvanda çəkilib. Ansi Aqolli Ermənistan paytaxtından Azərbaycan xalqına salam göndərir...
***
- Ansi, how are you?
2012-ci ildi. Telefonuna yazdığım bu ismarıca verdiyi cavabdan donub qalıram. İngilis dilindəki sualı hansı dildə, daha doğrusu, hansı ləhcəylə cavablandırsa yaxşıdı? Qarabağ ləhcəsində!
“Sag ol, gaga, san natarsan?”
***
İngilis dilini yaxşı bilir. Bir müddət Ukraynada (“Krivbass” klubunda) oynadığından rus dilində də başa düşür. 8 ildi Azərbaycanda yaşadığı üçün artıq bizim dildə də azdan-çoxdan danışır. Amma mən ingilis dilini pis bilirəm. Ona görə də onunla hər dəfə ya rus, ya da Azərbaycan dilində söhbətləşirəm. Son görüşümüz 4 saatdan çox çəkib, özü də tərcüməçi-filan olmadan. Mənə o görüşdə təəccüblü və xoş gələn Ansinin rus deyil, daha çox Azərbaycan dilində danışmağa üstünlük verməsi oldu.
Azarkeşlər ona “qaqa” desə də, o, bu sözün sonuna bir hərf də əlavə edib başqalarına “qaqaş” deyə müraciət edir... Ofisianta necə səslənirdi?
- Qaqaş, kofe gətir...
***
- Qaqaş sözündən xoşun gəlir?
Azərbaycan dilində dağınıq, qırıq-qırıq danışaraq cavab verir:
- Bir dəfə taksi şofer dedim, qaqaş, İçerişahar sur. Dedi qaqaş ozunsan. Mən qaqayam.
Fikrini bizim dildə tamamlamağa çətinlik çəkdiyindən ingiliscə son nöqtəni qoyur: “He is from Agdam...”
Yəni o, ağdamlıydı...
***
- Necəsən? Səni təbrik edirəm, Çempionlar Liqasının qrupuna düşdünüz.
Artıq mesajlarımı ona Azərbaycan dilində yazıram. O da elə bizim dildə cavab yazır:
“Cok sag ol ay qaqa. Seni de tebrik edirem”. “Men yaxsiyam Masallah”. “Qarabağ” Masallah...”
***
Və bu gün onun – Albaniyanın azərbaycanlısının, Azərbaycanın albaniyalısının 35 yaşı tamam olur. Elə ona görə təbrikimiz də həm Azərbaycan, həm alban dilində olsun.
Ad günün mübarək, Ansi!
Ditëlindja e lumtur, Ansi!
Aydın BAĞIROV
[email protected]
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
Rahilin komandasından heç-heçə
Musanın komandası finala yüksəldi
"Sabah"ın səfər qələbəsi - Video
"Bunu oturub, başbilənlər fikirləşməlidir" - Samir Abasov
Bəxtiyar Türkiyədə növbəti oyuna çıxdı
"Sabah" 2-ci pilləyə yüksəldi, "Qarabağ"dan qələbə
7 qol vuruldu, "Qalatasaray" qalib gəldi
"Turan Tovuz"un futbolçusunun burnu sınıb