Robben yığmadan getdi

Robben yığmadan getdi
DÜNYA FUTBOLU 11 Oktyabr 2017 / 10:44 3022
-  A +

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben Hollandiya millisindəki karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 33 yaşlı oyunçunun özü DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı matçdan (2:0) sonra bildirib.

Qeyd edək ki, A.Robben yığmada 96 oyunda 37 qol vurub, 29 qolun ötürməsini verib.  O,  Hollandiya millisinin bombardirlər siyahısında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Hollandiya yığması DÇ-2018-in seçmə mərhələsində A qrupunu 3-cü pillədə başa vurub və mundiala vəsiqə qazana bilməyib.


Son xəbərlər