Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

Yazarlar
 Bizim Ansi
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Almaniya - Azərbaycan - Şəkillər
Top 5
"Neftçi"dən darmadağın
"Qarabağ" - "Atletiko": nə qədər bilet satılıb?
"Barsa"nı dayandıran tapıldı - "Qarabağ"ın rəqibi
Türkiyə futbol tarixində ilk
“Simeone ad gününü səhərə qədər mənim evimdə keçirdi” – Hafiz Məmmədov
Linklər
525ci Qəzet

Hərdən AFFA və PFL-ə yazığım gəlir
A A A

[22.09.2017]
Hərdən AFFA və PFL-ə yazığım gəlir

AFFA və PFL çox tənqid olunur. Mən də hərdən bir bu təşkilatların ünvanlarına tikanlı sözlər atıram. Təbii, nöqsanı demək lazımdır ki, düzəltsinlər.

Amma hərdən AFFA-ya da, PFL-ə də yazığım gəlir.

Öz komandalarının arxasından qaçan sponsorlar, öz klubunu yan buraxıb gedib Fransada komanda alanlar, futbol adına banklardan milyonlarla kredit götürüb aradan çıxanlar, komandalarını yarı yolda buraxanlar qalıb qıraqda, düşmüşük AFFA ilə PFL-in üstünə.

«Azal» kimi komanda necə oldu? Sponsor komandanı niyə başlı-başına buraxdı? Bir-iki dəfə yazmışam, yenə də yazıram. Balam, day AZAL-ın təyyarələri uçmur? Hörmətli Cahangir Əsgərov, komandanı saxlaya bilməyəcəkdinizsə, niyə yaradıb sonra da gül kimi futbolçuları ortada qoydunuz?

Zaqatalanın gül kimi «Simurq» komandası necə oldu? Bu komandanın pullarını kimlər yedi?

«İnter» Azərbaycan futboluna çox töhfələr verib. Komanda bu gün də gözəl oyun nümayiş etdirir. «Qarabağ»la, «Qəbələ» ilə döşləşmək gücündədi. Amma belə getsə, deyəsən, «İnter» də «Azal»ın, «Simurq»un, «Xəzər Lənkəran»ın, «Bakı»nın, «Karvan»ın, «MTK Araz»ın… birdi, ikidi… taleyini yaşayacaq. Çempionatımızda komandaların sayı 7-yə düşəcək.

«Neftçi» haqqında heç nə demirəm, buğda yeyib behiştdən çıxıb. Tərlan Əhmədov gərək Allahın bacısı oğlu ola ki komandanı qırx arşın quyunun dibindən çıxara.

Və hamımız düşürük AFFA ilə PFL-in üstünə ki, sponsorlar aradan çıxmış komandaları saxlasın. Ağdamlılar demiş, nəynən, Alış? Xəzinə üstə oturublar? Onların müəyyən qədər büdcələri var, o büdcə ilə də imkanları daxilində komandalara kömək edirlər, onları düşdükləri vəziyyətdən çıxarmağa çalışırlar.

«İnter» neçə ay idi maaş verə bilmirdi, hətta deyirdilər ki, «Zirə» ilə oyuna çıxa bilməyəcəyik. Bu gün oxudum ki, şükürlər olsun, iyul və avqust aylarının maaşları ödənilməyə başlanılıb. Amma bu maaşları kim ödəyib, bu barədə məlumat verilməyib. Çox güman ki, yenə yük AFFA-nın üzərinə düşüb.

Əziz qələm dostları, bu komandaları bu günə qoyanları axtarıb tapmaq lazımdı, onların yaxasından tutmaq lazımdı.

Sonda. Deməli, bir «Şuşa» komandası yaratdılar, Beynəlxalq Mətbuat Mərkəzində də təqdimat mərasimi keçirildi. Hamını dəvət etmişdilər, eləcə də idmanla münasibəti olan millət vəkillərini. Moskvadan da iş adamları gəlmişdilər. Prezidenti, vitse-prezidenti seçildi, «Şuşa» komandası üçün yaxa döyənlərin biri bir qəpik. «Vətən, Millət, Sakariya» haykırtısından Mətbuat Mərkəzinin tavanı az qalmışdı uça, yaxşı qurtardıq. Müxtəlif pozalarda şəkillər, təqdimat mərasiminin televiziya kanallarında nümayişi, komanda rəhbərlərinin həm televiziyada, həm də qəzetlərdə müsahibələri. Bir sözlə, dartma, yaxam cırıldı.

Bəndəniz də həmin tədbirdəydi. Sağ olsunlar, söz də verdilər. Çıxış edəndə dedim ki, bu komanda yaşamayacaq. Və komandanın yaşam yollarını da göstərdim. Komanda birinci divizyona qəbul edildi və komandanın təcrübəli məşqçisi Nadir müəllim də əməlli-başlı bir kollektiv yaratdı və «Şuşa» çempionatda uğurla çıxış etməyə başladı.

Amma dediyim kimi də oldu. Komandanın döşünə döyən rəhbərləri Nadir müəllimi meydanda tək qoyub aradan çıxdılar. Klub qaldı PFL-in ümidinə. PFL də klubu saxlamaq üçün çox çalışdı, hər ay kluba müəyyən qədər (heç olmasa futbolçular maaş ala bilsinlər) maliyyə yardımı edirdi. Amma hara qədər? Yuxarıda qeyd etdiyim kimi, PFL xəzinə üstə oturmayıb ha?! Heyf Nadir müəllimin zəhmətindən, heyf PFL-in bu komandaya xərclədiyi pullardan.

Bir də heyf «Bakı» komandası üçün tikilmiş o gözəl bazaya, o gözəl stadiona xərclənən pullara ki, həm baza, həm də stadion ağzı günə qalıb, şəkillərini Qol.az-da gördüm ürəyim ağrıdı.

Azərbaycan futbolunun anasını ağladanların, futbolsevərlərin ürəklərini ağrıdanların isə ürəkləri heç ağrımır.

Olan futbola və bizlərə olur.

Aqil ABBAS

3595 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  17.10.17
02:14
  ÇL-də üçüncü tura start verilir - Yenilənir
01:55
  “Real” təkcə Ronaldodan ibarət deyil”
01:38
  2017-ci ilin ən yaxşıları - Tottinin seçimi
01:20
  Mourinyo maaşının artırılmasını istəyir
00:57
  Premyer Liqa klubu rəsmən satışa çıxarıldı
00:39
  “ÇL “Real” üçün xüsusi əhəmiyyət daşıyır”
00:21
  Dənizsiz “Bursaspor”dan 3 qollu qələbə
00:00
  Madrid “Atletiko”su Bakıda - Şəkil
  16.10.17
22:34
  "Onlar pressinqlə rəqibi öldürür" - Qvardiola
21:26
  Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu
20:52
  "Atletiko"ya "Qarabağ" adlı təyyarə - AZAL-dan sürpriz
20:04
  Raufun Albaniyada ikinci qolu - Video
19:45
  "Trabzonspor" Ərsun Yanalı istefaya göndərdi - rəsmi
19:16
  "Real"da qapıçı problemi həll olundu
18:45
  "Fənərbaxça"da ciddi itki - derbidə olmayacaq
18:05
  Rauf Albaniyada növbəti qolunu vurdu
17:55
  “Güləş deyil, karate deyil, kollektiv oynamaq lazımdır” – Vüqar Nadirov
17:38
  Birinci divizionda 3-cü tura yekun vuruldu
17:20
  Ukraynada möhtəşəm qol - Video
16:41
  "Azərbaycan bizi gözləyir" - "Atletiko"
16:26
  "Qarabağ"la oyunu buraxa bilər - " Çelsi"də növbəti itki
16:05
  Kaka ağlayaraq azarkeşlərlə vidalaşdı - Şəkil
15:54
  “Azərbaycanlı yox, türkəm” – Millimizdən imtina edən oyunçu
15:40
  “Qarabağ” “Atletiko” ilə heç-heçə edə bilər” – Novruz Əzimov
15:15
  Etopaz-da 30 canlı oyun
14:37
  "Atletiko" 20 futbolçu ilə gəlir - Şəkillər
14:14
  Olimpiya stadionuna maşınlar buraxılacaq - "Qarabağ"ın oyununda
13:47
  Mövsümün ən böyük hesabı
13:31
  “Simeone ad gününü səhərə qədər mənim evimdə keçirdi” – Hafiz Məmmədov
13:13
  “Qarabağ” - "Atletiko": hakim təyinatları açıqlandı
13:02
  "Hirsli olduğumu gizlətməyə çalışırdım" - İqnasio Herrera
12:40
  Millimiz 23 pillə gerilədi - yeni reytinq
12:34
  "Qarabağ"dan tarixi qələbə
12:29
  "Zirə"dən rekord
12:15
  "Komandadakı dəyişikliyin əsas səbəbi Tərlan Əhmədovdur"
12:07
  Əliyar Ağayev Avroliqanın oyununa təyinat aldı
12:00
  Milinko Pantiç Bakıda - Şəkil
11:54
  "Səbail"ə daha çox qol vura bilərdik" - Uqo Barqas
11:45
  "Azərbaycandan 3 xalla qayıtmalıyıq" - Saul Niqes
11:14
  "Çelsi"nin hücumçusu sağaldı
10:56
  "Atletiko"nun narahatlığından yararlana bilərik" - Kintana
10:15
  Çempionlar Liqasında 8 oyuna hakim təyinatları
09:42
  Prosineçki haqda növbəti iddia
02:03
  “Trabzonspor” Ərsun Yanalı qovdu
01:12
  “Valensiya”nın oyununda 9 qol – Video
01:00
  Derbini “İnter” qazandı - Video
00:15
  "Fənərbaxça"dan qələbə, "Trabzonspor" 6 qolla uduzdu
00:07
  Qapıçı komanda yoldaşı ilə toqquşub öldü - Video
00:01
  Millimizin üzvü darmadağında iştirak etdi
  15.10.17
22:34
  "Everton"dan xal itkisi - Video
21:45
  "Neftçi"dən 4 cavabsız qol - Video
21:28
  "Heç vaxt qruplaşmada iştirak etməmişəm" - İqnasio Herrera
21:20
  "Ən bərbad oyunumuz idi" - Samir Əliyev
21:15
  "Komanda yavaş-yavaş özünə gəlir" - Tərlan Əhmədov
21:07
  "Səbail"ə borcumuzu artıqlaması ilə qaytardıq" - Rəşad Sadiqov
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore