"Qarabağ"a ancaq Çempionlar Liqası üçün gəlməmişəm" - Pedro

"Qarabağ"a ancaq Çempionlar Liqası üçün gəlməmişəm" - Pedro
MÜSAHİBƏ 17 Sentyabr 2017 / 22:46 7310
-  A +

"Qələbəyə görə sevincliyəm. Qalib gəlmək hər şeydən vacibdir. Görüləsi çox işimiz var. Ümumi götürsək, razı qaldım".   

Qol.az-ın məlumatına görə. bu sözləri "Qarabağ"ın yeni transferi Pedro Enrike Topaz Premyer Liqanın 5-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibəsində deyib.                  
 
- Az azarkeş görəndə təəccüblənmədin?

- Etiraf edim ki, azarkeş sayında fərq var. Mən PAOK-a yeni gələndə iki oyunu azarkeşlər önündə oynamamışdım. Buna səbəb komandanın cəzalanması idi.
 
- Komandaya adaptasiya prosesi necə keçir?

- Ailəm ölkəni çox bəyəndi. Çox xoşumuza gəlib. Klub haqda da eyni sözü deyə bilərəm. Baş məşçi və futbolçular məni yaxşı qarşıladılar. Əlimdən gələnin ən yaxşısını edəcəm.
 
- “Çelsi” ilə oyunda meydanda ən yaxşılardan biri idin. Hətta söyləyənlər var ki, Enrike Azərbaycan səviyyəsindən daha üstün oyunçudur...

- Düşüncələrim buna yönəlməyib. Oyundan oyuna fərq olur. Hər matç fərqli olur. Bu dəfə məndə yaxşı oldu. Ancaq komanda olaraq yaxşı oynamadıq. Məni kollektiv oyun düşündürür. Şəxsi oyun isə bir o qədər də yox. Əsas komandanın uğurudur.
 
- “Roma” ilə görüş barədə nə düşünürsünüz?

- Mən bura ancaq Çempionlar Liqası üçün gəlməmişəm. Hələ bizim çempionatda “Sumqayıt”la səfər matçımız var. Həmin görüşə hazırlaşacağıq. Həmin oyundansonra “Roma” ilə keçiriləcək qarşılaşma barədə danışarıq.
 
- “Roma” ilə oyuna böyük maraq var. Artıq 40 min bilet satılıb. Bu sizi nə dərəcədə motivasiya edəcək?

- Əlbəttə, təsiri olacaq. Bu haqda dünən də oxudum. Komanda yoldaşlarım və mən əlimizdən gələni edəcəyik ki, onları sevindirə bilək.
 
- İcarə müddətin başa çatdıqdan sonra “Qarabağ”da qalmaq istəyərsən?

- Bu haqda danışmaq hələ tezdir. Mən müqavilə ilə PAOK-a məxsusam. 1 il müddətdə çalışacam ki, əlimdən gələni edəcəm. İndi bu mövzu çox erkəndir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı