"Vaxtında gəlsəydim, o futbolçuları göndərməzdim" - Tərlan Əhmədov

"Vaxtında gəlsəydim, o futbolçuları göndərməzdim" -  Tərlan Əhmədov
MÜSAHİBƏ 16 Sentyabr 2017 / 21:45 7314
-  A +

Topaz Premyer Liqanın 5-ci turunda "Zirə"yə uduzan (1:2) "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə, o, əvvəlcə görüş haqda fikirlərini bildirib.

- Komandamın oyunundan çox razı qaldım. Bacardığımız qədər hücum futbolu oynamağa çalışdıq. Bu 5 gündə ərzində gördüyümüz işlərin nəticəsini gördük. Uşaqların oyunu məni çox sevindirdi. Lakin görüləsi iş həddən artıq çoxdu. Komandada kollektiv oyun məni sevindirdi. Qarşıda bizi ağır oyunlar gözləyir. Bu oyundakı səhvləri minimuma endirmək istəyirik.

- Ramin Musayev sizi millinin oyunlarından öncə "Neftçi"yə məsləhət bilsəydi, nəticələr fərqli ola bilərdi?

- Bura gəlməyimdə insanların çoxunun, həmçinin Ramin müəllimin də fikrini öyrəndilər. Mövsümün əvvəlindən "Neftçi"də olsaydım, fərqli komanda görərdiz. Bu gün mənim futbolçum hələ ki, təkcə Rəşad Sadiqovdu. Heyətlə bağlı problemlərimiz çoxdu. “Neftçi”nin bir çox istedadlı futbolçu tərk edib. O ki qaldı məni bura kimin gətirməsinə, məni klub rəhbərliyi təyin edib. Lakin bundan öncə bir çox insanın fikirləri öyrənilib.

- Qırmızı vərəqə ilə bağlı narazılığınız var idimi?

- Qırmızı vərəqə ilə bağlı narazılığım yoxdur. İstəkli futbol olanda qırmızı vərəqə də qaçılmazdı. Təbii ki, adi epizodlarda qırmızı vərəqə almaq bu arzuolunan deyil.

- Fiziki hazırlıq üzrə məşqçinin kimliyinə aydınlıq gəlib?

- Hal-hazırda axtarış gedir. Bir nəfər var, ancaq öz ölkəsində yığma komandada çalışır. Danışıqların fonunda hələ də axtrışdayıq. Mən özüm də onların iş funksiyasına baxıram. İki nəfər də var ki, onların təcrübəsi çoxdur, amma məvacib tələbləri həddən artıqdır.

- Oyunun sonunda azarkeşlərə yaxınlaşıb nə dediniz?

- Azarkeşlərlə görüş olacaq. Həftəiçi onlarla görüşəcəyik, bir neçə oyunçu və mən söhbət edib dərdləşəcəyik.

- Bildirdiniz ki, tez gəlsəydiniz, bəzi futbolçular qalacaqdı. Onlar kimlərdi?

- Heç kimin adını çəkmək istəmirəm, çünki başqalarına psixoloji zərbə olar. Mən olmasaydım, başqa məşqçi olsaydı, yenə başqa formada komanda formalaşardı. Elşən Abdullayev, Araz Abdullayev və Cavid İmamverdiyevin komandadan getməyinə icazə verməzdim.

- Növbəti oyunöncəsi komandanın durumu nə yerdədi? Hansı dəyişikliklər olacaq?

- İndidən hansısa dəyişikliyi deyə bilmərəm. İşmizi davam etdirəcəyik. Elnur sabahdan fərdi məşq edəcək və sonra komandaya qoşulacaq. Mirabdullanın Səlahətin və Elnurun tam bərpa olmaması, Emin Mahmudov məsləsinin aydın olmaması bizə problem yaaradır. Əlimizdə nə varsa, ondan istifadə edəcəyik. Biz oyundan-oyuna artırmaq istəyirik. "Qəbələ" və "İnter"lə çətin səfər oyunlarımız var. Bu iki oyundan xallar götürmək istəyirik.

Mənbə: Sportnet.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı