Bu gün Topaz Premyer Liqada 4-cü turun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, turun ilk oyunu Bakıda keçirilib. Burada "İnter" "Kəpəz"i qəbul edib. Görüş paytaxt klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçı Qəbələdə oynanılıb. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Geridə qalan üç turda maksimum nəticə qazanaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşan Ayxan Abbasovun komandası bu matçda heç-heçə edib - 1:1. Bununla da xalını 10-a yüksəldən "Zirə" vahid lider olub.
Sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu ilə tura yekun vurulacaq.
Qeyd edək ki, 4-cü turda keçirilməli olan "Səbail" - "Qarabağ" oyunu Ağdam klubunun Çempionlar Liqasında "Çelsi" ilə matçının olması səbəbindən təxirə salınıb.
9 sentyabr
Topaz Premyer Liqası, IV tur
20:30. “Qəbələ” – “Zirə” - 1:1
Qollar: Viktor İqbekoyi, 74 (0:1), Cavid Hüseynov, 90+2-pen (1:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov
Qəbələ şəhər stadionu
17:00. “İnter” – “Kəpəz” - 3:2
Qol: Fuad Bayramov, 5 (1:0), Adrian Skarlatake, 21 (2:0), Aqşin Quluzadə, 32 (3:0), Şəhriyar Əliyev, 36 (3:1), Kərim Diniyev, 37 (3:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“İnter Arena”
10 sentyabr (bazar)
19:00.“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
“Kapital Bank Arena”
|
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı