Avropanın ən yaxşı futbolçusu bəlli oldu

Avropanın ən yaxşı futbolçusu bəlli oldu
PREMYER LİQA 24 Avqust 2017 / 21:13 12381
-  A +

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanıb.

Qol.az-ın məlumatına görə, Monakoda Çempionlar Liqasının püşkatma mərasimində ötən mövsümün ən yaxşı futbolçusunun adı da elan edilib.

Jurnalistlər arasında keçirilən sorğuya əsasən Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo bütün rəqiblərini qabaqlayıb.

Portuqaliyalı futbolçu “Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonla mübarizədən qalib ayrılaraq Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçusu seçilib.
 
Qeyd edək ki, Ronaldo karyerasında 3-cü dəfə bu mükafatı qazanır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı