"Kəpəz"in oyunu Yevlaxda - rəsmi

"Kəpəz"in oyunu Yevlaxda - rəsmi
PREMYER LİQA 17 Avqust 2017 / 12:13 4763
-  A +

"Kəpəz"in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.

Qol.az-ın məlumatına görə, matçların Yevlax şəhər stadionunda keçirilməsinə  qərar verilib. PFL rəsmi saytında  Gəncə təmsilçisinin Topaz Premyer Liqanın ikinci turunda "Zirə"ni sözügedən stadionda qəbul edəcəyini açıqlayıb. Bununla da, uzun fasilədən sonra Premyer Liqa matçı Yevlaxa qayıdacaq.

Xatırladaq ki, Yevlaxda Premyer Liqanın son oyunları 2009/2010 mövsümündə yerli "Karvan" komandasının iştirakı ilə keçirilib.

Qeyd edək ki, "Kəpəz" - "Zirə" görüşü avqustun 20-i saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı