“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının üçüncü mərhələsinin “Şerif”ə qarşı matçından sonra Qol.az saytına müsahibə verib.
- Əvvəlcə bu parlaq qələbə münasibəti ilə sizi təbrik edirik. İlk təəssüratlarınız necədir?
- Vallah, ancaq qürur duyuruq. Amma hər qalibiyyətdən sonra məsuliyyətimiz daha da artır. Bundan sonra daha diqqətli olmalıyıq. Düzdür, bugünkü qələbə bir tarixdir. Amma qarşımıza qoyduğumuz hədəfə hələ çatmamışıq. Qurban müəllimi, oyunçularımızı, rəhbərliyimizi təbrik edirəm.
Bundan sonrakı hədəfimiz Çempionlar Liqasının qrupudur. Birinci missiyamızı tamamdıq. İndi qarşıda bizi ağır pley-off mərhələsi gözləyir.
- Pley-offdan gözləntiniz nədir?
- Həmişə demişik. Bu, Çempionlar Liqasıdır və burada çempionlar oynayır. Rəqib zəif olmayacaq.
- Dediniz ki, hədəfiniz qrupdur. Amma bütün futbol ictimaiyyəti qrupda düşmək üçün “Qarabağ”dan yenə yeni transferlər gözləyir.
- Bəli, bu məsələ həmişə müzakirə olunur. Amma gördüyünüz kimi, Qurban müəllimin etdiyi etdiyi transferlər uğurlu olub. Bizim məsuliyyətimiz böyükdür. Biz komandaya hər oyunçunu gətirə bilmərik. Görürsən ki, bəzən hətta bizim maraq dairəmizdə olmayan oyunçuların da adı “Qarabağ”la hallanır. Transferlərimiz fərqli və səviiyyəli olmalıdır. Qurban müəllim futbolçu axtarır, isdəyini tapanda o transferin gerçəkləşməsi üçün rəhbərliyimiz dəstək verir, bundan sonra da verəcək. Gərək transferlərimiz layiqli olsun. Belə futbolçu olanda komandaya cəlb edəcəyik.
- Sonda azarkeşlərə sözünüz...
- Bütün Azərbaycanı və azarkeşlərimizi təbrik edirəm. Bundan sonra hamımızın məsuliyyəti böyükdür. Azarkeşlərimizdən bunu başa düşmələrini istəyirəm. Onlar bizə həmişə inanıblar. Biz birlikdə bu uğurlara nail olmuşuq. Bundan sonra da onların dəstəyi ilə daha böyük uğurlar qazanacağımıza inanıram.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq