"Kimdənsə nəsə gizlətmirik" - Rəşad Sadıqov

"Kimdənsə nəsə gizlətmirik" -  Rəşad Sadıqov
MÜSAHİBƏ 21 İyul 2017 / 00:41 8114
-  A +

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Zirə" - "Astra" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsən?

- "Zirə" yaxşı təsir bağışladı, qol epizodlar oldu. Lakin istifadə edə bilmədilər. Top qapıya düşmədi. Son vuruşlarda dəqiq olsaydılar, bəlkə də mərhələ adlayardılar.

- Zədən nə yerdədir?

- 3-4 gündür tək məşq edirəm. Tam hazır olanda komandaya qoşulacağam.
 
 
- "Zirə"nin qara dərili futbolçuları sizi qorxutmadı?

- Çempionat haqda düşünmürük. Qarşıda "Şerif"lə oyunlarımız var. Fikrimizi ora yönəltmişik.
 
 
- "Şerif" barədə nə söyləyə bilərsən?

- Təcrübəli rəqibdir. Eyni gücdə olan oxşar komandalarıq. Gərgin və maraqlı mübarizə keçəcək.
 
 
- Düşünmürsən ki, ötən mövsümlə müqayisədə "Qarabağ"ın püşklə bağlı bəxti gətirib?

- Rəqiblə deyil ki... Oyunla götürsən "Viktoriya" ən ideal variant idi. Lakin keçə bilmədik. Rəqibin güclü və ya zəif olmasını düşünmürük. Çalışacağıq bir plan cızaq, qalib gələk. Düşünürəm ki, hər şey cavab matçnda həll olunacaq.
 
 
- "Qarabağ" "Samtredia" ilə cavab matçında nisbətən zəif təsir bağışladı. Gücünüzü gizlədirdiniz?

- Kimdənsə nəzə gizlətmirik. Ümidvaram ki, qarşıdakı oyunda daha yaxşı olacaq. Komanda hazırdır. Ötən il ilk rəqibimiz olan "Düdelanj"la da oyunumuz ağır keçmişdi (Sportnet.az).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord