“Hava bizi boğurdu” - Maksim Medvedev

“Hava bizi boğurdu” -  Maksim Medvedev
MÜSAHİBƏ 19 İyul 2017 / 00:14 6779
-  A +

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Samtredia”ya qarşı keçirilən cavab görüşündən (1:0) sonra Qol.az-ın Gürcüstana ezam olmuş müxbirinin də suallarını cavablandırıb.


- Oyun haqda fikirlərin..

- Ən ağır oyunlarımdan birini keçirdim. Bilirdik ki, burada hava isti olacaq. Amma oyunun belə ağır keçəcəyini düşünmürdük. Dünən məşq zamanı bir az sərin idi hava. Bu gün isə hava boğurdu bizi. Buna görə də bəzi şeylər alınmırdı. Tez yorulurduq, bir-birimizə kömək edə bilmirdik. Çatışmazlıqlar var idi oyunda. Ancaq yenə də kollektivimizin nə qədər mehriban olduğunu göstərməyə çalışdıq. Sevinirik ki, qalib gəldik.

- İkinci hissənin ortalarında müdafiə xəttində boşluqlar vardı, bir az arxayınçılıq hiss olundu...

- Müdafiədə əvəzolunmadan, 90 dəqiqə oynadıq. Artıq son 10 dəqiqədə gücümüz bitmişdi və açıq futbol getdi. Sona yaxın öndəki futbolçularımız az kömək edirdi müdafiyəyə, qol vurmaq istəyirdilər. Həm də rəqib də hücumdakı oyunçularını dəyişdi, yeni futbolçular buraxdı. Bu, bir az bizə problem yaradırdı. Amma yenə də bu gün qapımızı toxunulmaz saxladıq. Müdafiəçi üçün bu, böyük bir hədiyyədir.

- Yeni transfer Yakub Jejniçak bu gün əsas heyətdə oynadı. Onunla anlaşa bilirdiniz?

- Yaxşı futbolçudur. İnsan kimi də yaxşı insandı. Çox vaxt bir yerdə oluruq. Çalışırıq ki, kollektivə daha tez uyğunlaşsın. Ona mehribançılığımızı göstəririk. O da çox peşəkar futbolçudur. Hazırlıqlarda canla-başla məşq edir. Hiss olunur ki, getdikcə daha çox uyğunlaşır komandaya.

- Növbəti mərhələdə rəqibin “Şerif” olmasını istərdiniz, yoxsa “Kukesi”?

- Kim qalib gəlsə, onunla qarşılaşacağıq. Amma belə görsənir ki, “Şerif” daha iddialı komandadır. Çünki ilk oyunda qələbə qazanıb. Onlar haqda bəzi məlumatlar toplamışıq. İnandırıcı odur ki, “Şerif”lə qarşılaşacağıq.

- Albaniyanın “Kukesi” komandası ilə də qarşılaşma şansınız var. Bu barədə Ansi Aqolli sizə nəsə deyib?

- Əlbəttə. Biz Ansi ilə bir otaqda qalırıq. Soruşmuşam oyun necə olub. O da deyib ki, “Şerif” ustalıq səviyyəsi daha yüksək olan komandadır.Çətin ki, Albaniya komandası “Şerif”i keçsin. O da gözləmir ki, “Kukesi” növbəti mərhələyə adlayacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı