"Qarabağ" heç vaxt səfərlərə turist kimi getmir" - Əmrah Çəlikəl

"Qarabağ" heç vaxt səfərlərə turist kimi getmir" -   Əmrah Çəlikəl
MÜSAHİBƏ 12 İyul 2017 / 00:00 6657
-  A +

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Samtredia”nı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- “Qarabağ” Çempionlar Liqasına böyükhesablı qələbə ilə başladı. Hesab arasındakı fərqin belə böyük olacağını gözləyirdiniz?

- Sözün açığı, gözləmirdim. 5:0 hesablı qələbə bizim də üçün sürpriz oldu.

- Bu gün komandanızın heyətində debüt edən yeni transferlərdən razı qaldınız?

- Hamı necə, mən də elə. Təbii ki, razı qaldıq. Özlərini yaxşı tərəfdən göstərdilər.

- “Qarabağ” bundan sonra da transfer reallaşdıracaq?

- Bu məsələ Qurban müəllimin nəzarətindədir. Onu deyə bilərəm ki, axtarışlarımız davam edir.

- Bu qələbədən sonra Tiflisə turist kimi getməyə dəyər?

- Biz heç vaxt səfərə turist kimi getmirik. Heç kimə arxayınlaşmağı məsləhət görmürəm. Qarşıda hələ daha bir 90 dəqiqə var.

- Rəşad Sadıqovun zədəsi nə yerdədir?

- Oyun yenicə başa çatıb. Bu barədə məlumatsızıq. Yəqin ki, son durumu sabah biləcəyik.

Daha çox


Son xəbərlər